“Rəqib elə bir komandadır ki...” - Qurban Qurbanov
Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" sabah II təsnifat mərhələsinin ilk oyununda İrlandiyanın "Dundalk" klubu ilə qarşılaşacaq.
Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov qarşılaşmadan bir gün öncə təşkil olunan mətbuat konfransına qatılıb.
Təcrübəli mütəxəssis səfər oyunu ilə bağlı fikirlərini bildirib:
"Bütün fikrimizi sabahkı oyuna cəmləmişik. Rəqibimiz elə bir komandadır ki, həm ev, həm də səfərdə eyni oyunu göstərməyə çalışır. Orta xəttdə çox sürətli və təhlükəli futbolçuları var. Başda baş məşqçi olmaqla bütün komanda olduqca istəklidir. Düzdür, sabah süni örtüklü meydanda oynayacağıq, bu da futbola təsir edir. Təbii örtüklü meydançada oynamaq istərdik, amma hazırda bu haqda fikirləşməyə vaxtımız yoxdur, sabahkı oyuna tam konsantrasiya olmalıyıq. İlk turun ilk oyununda qeydə alınan heç-heçə növbəti mərhələ üçün faydalı olmuşdu, amma bunu sabahkı oyun haqda demək olmaz. Bilirik ki, sabah bizə qarşı tam motivasiya olunmuş bir komandaya qarşı oynayacağıq".
-
“Neftçi” baş məşqçisi ilə yollarını ayırdı
...
-
"Daha peşəkar liqada çıxış etmək istəyərik"
...
-
Dövlət qurumları arasında avarçəkmə yarışı keçiriləcək
...
-
Azərbaycan Premyer Liqasında sonuncu tura vacib oyunlarla start verilir
...
-
Azərbaycan və Çexiya arasında antidopinqlə bağlı əməkdaşlığın perspektivləri müzakirə olunub
...
-
Millimizin Qəbələdə bütün rəqibləri bəlli oldu
...
-
Naxçıvanda keçirilən kros qaçışına 700-dən çox insan qatılıb
...
-
Azərbaycan Basketbol Liqasında qalib bu gün müəyyənləşə bilər
...
-
Daha bir cüdoçumuz dünya çempionu oldu
...
-
“Sumqayıt”ın futbolçularından maraqlı rəqs - Video
...