Cüdoçumuzdan qızıl medal
Bakıda keçirilən Yeniyetmələrin Avropa Olimpiya Festivalında (EYOF) cüdo yarışları davam edir.
Fərdi yarışların son günündə Azərbaycan cüdoçuları daha 2 medal qazanıblar.
Belə ki, +90 çəki dərəcəsində mübarizə aparan Hüseyn Məmmədov bütün rəqiblərinə qalib gələrək Olimpiya Festivalının qızıl medalına sahib olub. Cüdoçumuz Almaniya, Yunanıstan, Moldova və Rusiya idmançılarını məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
81 kq çəki dərəcəsində yarışan Məhərrəm İmamverdiyev isə bürünc medala layiq görülüb. Beləliklə, yeniyetmələrdən ibarət milli komandamız EYOF-da fərdi yarışlarda aktivinə 6 medal yazdırıb.
Qeyd edək ki, yarışların ilk iki günündə Turan Bayramov qızıl, Vüqar Talıbov gümüş, Şükran Zamanlı və Gülşən Bəşirova bürünc medala layiq görülüb.
-
“Sumqayıt”ın futbolçularından maraqlı rəqs - Video
...
-
“Şamaxı” yenidən Premyer Liqada
...
-
Anar Quliyev federasiya prezidenti oldu - Fotolar
...
-
"Autsayder komandalara qarşı oynamaq çətin olur"
...
-
"Hakim meydandan məğlub ayrılmağımız üçün hər şey etdi"
...
-
Bu gün Avropa Liqasının qalibi bəlli olacaq
...
-
Minifutbol üzrə millimizin üzvləri təltif olundu
...
-
Minifutbol üzrə dünya çempionatı Bakıda
...
-
ARAF prezidenti Elçin Quliyev: “Əsas məqsədimiz “Çövkən”idman növünü inkişaf etdirməkdir”
...
-
Peşəkar Çövkən Liqasının açılış mərasimi keçirilib
...