Nizamidə sakinlərlə görüş oldu - Fotolar
Bu gün 220 №-li məktəb-liseydə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov 2 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə E.Süleymanov küçəsi 112, 116, 118 və C.Naxçıvanski küçəsi 77 saylı ünvanlarda yaşayan sakinlərlə səyyar qəbul keçirib.
Qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının və 2 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin əməkdaşları, xidmət sahələrinin məsul şəxsləri iştirak edib.
Tədbirdə sakinlər bir sıra məsələlərlə bağlı, o cümlədən binaların pilləkən qəfəsələrinin, dam örtüklərinin və kanalizasiya sisteminin təmiri, ağacların budanması, məhəllədə söhbətgahların quraşdırılması barədə müraciət ediblər.
Rayon rəhbəri tərəfindən sakinlərin təklif, müraciət və şikayətləri dinlənilib, onları narahat edən bu və ya digər məsələlərlə bağlı verdikləri suallar ətraflı cavablandırılıb.
Sakinlərin müraciətlərində qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan digər məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
-
İlham Əliyev Putinə zəng etdi
...
-
İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
...
-
Cevdet Yılmaz Mehriban Əliyevanı təbrik etdi
...
-
Ərdoğandan İlham Əliyevə Novruz təbriki
...
-
Mehriban Əliyevadan ilaxır çərşənbə ilə bağlı paylaşım
...
-
Prezidentin Xankəndidəki çıxışının - Videosu
...
-
Prezident Xankəndi ilə bağlı faktları açıqladı
...
-
Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib
...
-
Prezident xalqı təbrik etdi
...
-
İlham Əliyev Vladimir Putini təbrik etdi
...