Deputat BDU-dakı rüşvətxorluqdan danışdı
"Bakı Dövlət Universiteti bizim üçün doğma məkandır. Oradan məzun olmaq vaxtilə hər birimizin ən böyük arzularından olub. Bizə çox şey qazandırıb, ancaq çox şeyləri də qazandıra bilməyib”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib. O, bildirib ki, BDU məzunlarına yetərincə bilgi, dünyagörüşü qazandıra bilməyb:
“Biz həm Sovet dövründə, həm də indi BDU-nun potensialını lazımi səviyyəyə qaldıra bilməmişik. Bəlkə də Azərbaycanda sayılıb-seçilən ali təhsil ocağı kimi yaddaşlarda qalıb, lakin SSRİ məkanında öz elmi və intellektual potensialı ilə öncül mövqeləri tuta bilməyib.
Burada bilgi ilə rüşvət bütün dövrlərdə paralel addımlayıb, müstəqillik dövründə də təəssüf ki, bu paralellik qorunub saxlanıb.
Burada çox dəyərli müəllimlərlə yanaşı, qohumbazlığa, yerlibazlığa, dostbazlığa görə illərdir onlarla müəllim də kök salmış.
Labaratoriyaları müasir elmin standartlarına cavab verməmiş, məzunların xeyli hissəsi müasir təhsilin səviyyəsinə cavab verəcək hazırlığa yetişməmişlər.
Bununla belə, bu universitetin müsbət ənənləri də müəyyən dərəcədə olmuş, Məmməd Xələfov, Arif Babayev, Mirabbas Qasımov, Yəhya Məmmədov, Abbas Zamanov, Ələsgər Məmmədov, Şirməmməd Hüseynov kimi dəyərli alimlərin ayaq basdığı bir məkan kimi yaddaşımızda qalmışdır. Bir Univeristetin 100 illiyi yubileydən daha çox bir məsuliyyət tarixidir. Bu yüz ildən sonra "biz Bakı Dövlət Universitetini ən cəlbedici elm və təhsil məkanına çevirə biləcəyikmi?" sualına cavab tələb edən bir məsuliyyət anıdır. Bizə ümid etmək qalır. Yubiley tarixi münasibəti ilə Universitet dəyərlərinə layiq bütün müəllimləri, tələbələri, laborantları və digər əməkdaşları təbrik edirəm".
-
UNEC Zaqatala filialında ümummilli Lider Heydər Əliyevin yüz illik yubileyi ilə əlaqədar rayon məktəblilərinin bilik yarışması keçirilib
...
-
Emin Əmrullayev Londonda forumda iştirak edir
...
-
Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Heydər Əliyevin görmək istədiyi universitet” mövzusunda Respublika Elmi-praktiki konfrans keçirilib
...
-
UNEC Zaqatala filialı "Heydər Əliyevin İKT siyasəti müasir mərhələdə" mövzusunda tədbir keçirib
...
-
Elm və təhsil naziri Qusar Olimpiya İdman Kompleksini ziyarət edib
...
-
Bakı məktəblərində akademik Zərifə Əliyeva anılıb
...
-
Nöqsan və çatışmazlıqlara görə 18 məktəb direktoru, 14 bağça müdiri işdən çıxarılıb
...
-
Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Lisey təhsildə böyük uğurlar qazanır
...
-
Müəllimlərin yerdəyişməsi üzrə vakansiya seçimi başlayır
...
-
Bu məktəblər distant təhsilə keçir
...