“Neftçi” - "Sumqayıt" matçında dava salan məşqçiyə ağır cəza
AFFA-nın İntizam Komitəsi Azərbaycan Premyer Liqasının III turunun qalmaqalla başa çatan “Neftçi” – “Sumqayıt” oyununda (2:1) baş verənlərə bağlı qərarını açıqlayıb.
Sözügedən qurum "8 km stadionu"nda yaşananlara görə ağır cəza verib.
Belə ki, Premyer Liqanın III turunun “Neftçi” – “Sumqayıt” matçının 82-ci dəqiqəsində “Sumqayıt” klubunun 17 №-li futbolçusu Murad Xaçayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
Oyunun 90+4-cü dəqiqəsində “Neftçi” klubunun 5 №-li futbolçusu Anton Krivotsyuk ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
Oyunun 90+4-cü dəqiqəsində “Sumqayıt” klubunun 3 №-li futbolçusu Vurğun Hüseynov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 2400 manat cərimə olunur.
Oyunun 90+4-cü dəqiqəsində “Neftçi” klubunun məşqçisi Etibar Tarıverdiyev rəqib klubun baş məşqçisi Ayxan Abbasova əl ilə zərbə vurduğuna görə 20 oyun cəzalanır, klub 16000 manat cərimə olunur.
“Sumqayıt” klubunun baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında aqressiv fikirlər səsləndirdiyinə görə, İntizam Komitəsinin 28 avqust 2019-cu il tarixli iclasında Ayxan Abbasov haqqında çıxarılmış ciddi xəbərdarlıq qərarı da nəzərə alınmaqla 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur.
Oyun başa çatdıqdan sonra “Neftçi” klubuna aid olan, amma A buraxılış vəsiqəsi olmayan şəxslər meydançaya daxil olduğu üçün klub 800 manat cərimə olunur.
-
Bilyard üzrə "Quba Open” turniri keçirilib
...
-
Azərbaycanda 3-cü dəfə Red Bull Car Park Drift həyəcanı yaşanacaq
...
-
Hidayət Heydərov tarix yazdı - Dünya çempionu!
...
-
Bodibildinq üzrə II muxtar respublika birinciliyi yekunlaşıb - FOTO
...
-
Peşəkar Çövkən Liqasına həsr olunmuş mətbuat konfransı keçirilib
...
-
Şəhriyar Məmmədov pessimizmə qapılmır
...
-
Klub rəhbəri: "Ən yaxşı oyunlarımızdan birini keçirdik"
...
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...