“BakuBus”ın avtobusları dayanacaqda saxlamır - Video
Bu gün səhər saatlarında Heydər Əliyev Prospektində "Koroğlu" metrosu istiqamətində sərnişinlər yolda qalıb.
"BakuBus"a məxsus avtobuslar Cavanşir körpüsünün altından keçdikdən sonra prospektin orta yolu ilə hərəkət ediblər və Bakı Nəqliyyat Agentliyinə məxsus dayanacağa daxil olmayıblar. 13 saylı marşrut xətti üzrə hərəkət edən 7-8 avtobus içində az sərnişin olmasına baxmayaraq dayanacaqda saxlamayıblar. Bunun nəticəsində çoxlu sərnişin yarım saat gözləməli olub.
Yarım saatlıq intervalla dayanacağa daxil olan 1 saylı marşrut avtobusunda sıxlıq olduğundan sərnişinlərin bir çoxu minə bilməyərək yolda qalıblar.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Qafqazinfo”ya qeyd edib ki, məsələ araşdırılaraq qısa zamanda açıqlama veriləcək: “Hazırda Heydər Əliyev prospektində sıxlıq var. Ancaq dediyiniz hal müşahidə olunmayıb. Araşdırılacaq”.
-
Sabaha 36° isti gözlənilir
...
-
Sabahın hava proqnozu açıqlandı - 35 dərəcəyədək isti olacaq
...
-
Abşeronda uşaqlar üçün tədbir keçirildi - Fotolar
...
-
“Azərişıq” Kəlbəcər və Laçında yenidənqurma işlərini davam etdirir - Video
...
-
İstirahət günü 30° isti olacaq
...
-
“Azərişıq” uşaqlara təlim keçdi - Video
...
-
Mehriban Əliyeva uşaqları təbrik etdi
...
-
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
...
-
İyunda 39 dərəcə isti olacaq - Aylıq proqnoz
...
-
İyunda neçə gün evdəyik?
...