Tale Heydərov “Ronaldinyo Futbol Akademiyası”nın açılış tarixini açıqladı
“Uğurlarımızı hamıya göstərmək üçün “Qəbələ” İdman Akademiyasını təsis etdik. Çətinliklərə baxmayaraq yetişən idmançılarımız ən yaxşılarını etdilər. Futbolçularımız milli komandalarımızın heyətinə dəvət alıblar”. Bu sözləri "Qəbələ" klubunun sabiq prezidenti Tale Heydərov "Emerging Europe” nəşrindəki yazısında bildirib.
Heydərov Azərbaycanda fəaliyyətə başlayacaq “Ronaldinyo Futbol Akademiyası” ilə bağlı fikirlərini də bildirib. O, akademiyanın qarşıdakı ilin əvvəllərində açılacağını bildirib: ““Qəbələ” Futbol Akademiyasının uğurları əfsanəvi Ronaldinyonun Azərbaycanda ilk futbol akademiyasını açmaq üçün bizimlə əməkdaşlıq etməsində həlledici rol oynadı. Ronaldinyo Futbol Akademiyası unikaldır, orada bütün istedadlı gənc futbolçulara yüksək keyfiyyətdə məşq keçiləcək. Akademiyanın 2020-ci ilin əvvəlində açılacağını gözləyirik".
Xatırladaq ki, 2017-ci ilin martında məşhur braziliyalı futbolçu Ronaldinyo ilə “Qəbələ” İdman Klubu arasında müqavilə imzalanıb. Sözləşməyə əsasən, ulduz futbolçu “Qəbələ”nin dəstəyi ilə Bakıda Futbol Akademiyası açmalıdır.
-
“Qarabağ” 3-cü təsnifat mərhələsində də səpələnmişlər sırasında yer alacaq
...
-
Bilyard üzrə "Quba Open” turniri keçirilib
...
-
Azərbaycanda 3-cü dəfə Red Bull Car Park Drift həyəcanı yaşanacaq
...
-
Hidayət Heydərov tarix yazdı - Dünya çempionu!
...
-
Bodibildinq üzrə II muxtar respublika birinciliyi yekunlaşıb - FOTO
...
-
Peşəkar Çövkən Liqasına həsr olunmuş mətbuat konfransı keçirilib
...
-
Şəhriyar Məmmədov pessimizmə qapılmır
...
-
Klub rəhbəri: "Ən yaxşı oyunlarımızdan birini keçirdik"
...
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...