Hakim millimizin qolunu saymadı, məğlub olduq - Video
Futbol üzrə Azərbaycan milli komandası AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirib.
Komandamızın rəqibi Macarıstan millisi olub.
Oyunun taleyini həm sayılan, həm də sayılmayan bir qol həll edib. Belə ki, Macarıstan millisi Mixay Korxut sayəsində 10-cu dəqiqə hesabı açıb. Oyunun son dəqiqələrində isə Bəhlul Mustafazadə qaydalar çərçivəsində cavab qolunu vurub. Lakin oyunun hollandiyalı baş hakimi Dennis Higler Bəhlulun əllə oynadığını bildirərək, qolu hesaba almayıb. Bununla da qarşılaşma macarların 1:0 hesablı qələbəsiylə başa çatıb.
Qeyd edək ki, hazırda E qrupunda Macarıstan 12 xalla 2-ci, Azərbaycan 1 xalla 5-ci pillədə qərarlaşıb.
AVRO-2020
Seçmə mərhələ, VIII tur
20:00. Macarıstan - Azərbaycan - 1:0
Qol: Mixay Korxut, 10
Hakimlər: Dennis Higler, Yohan Balder, Yoost van Zuylen, Bas Niyhuys (Hollandiya)
Hakim-inspektor: Miroslav Liba (Çexiya)
UEFA nümayəndəsi: Ariel Kennet Şayman (İsrail).
Macarıstan: 1. Peter Qulaçi, 3. Mixay Korxut, 5. Botond Barat, 6. Villi Orban, 7. Balaş Cucak (k), 8. Mate Vida, 9. Adam Şalai, 10. Dominik Soboslay, 14. Qerqö Lovrençiç, 15. Roland Şallai, 20. İstvan Kovats
Ehtiyat oyunçular: 12. Denes Dibuş, 22. Adam Kovaçik, 2. Adam Lanq, 4. Yanos Ferentsi, 11. Kristian Nemet, 13. David Siqer, 16. Endre Botka, 17. Roland Varqa, 18. Dominik Naq, 19. David Holman, 23. Robert Fetszesin, 23. Filip Holender;
Azərbaycan: 12. Emil Balayev, 3. Şəhriyar Rəhimov, 4. Bəhlul Mustafazadə, 6. Bədavi Hüseynov, 21 Pavel Paşayev, 19. Təmkin Xəlilzadə, 2. Qara Qarayev (k), 13. Eddi İsrafilov, 20. Riçard Almeyda, 9. Ağabala Ramazanov, 11. Ramil Şeydayev
Ehtiyat oyunçular: 1. Mehdi Cənətov, 23. Şahrudin Məhəmmədəliyev, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 10. Namiq Ələsgərov, 14. Rəşad Eyubov, 15. Ömər Buludov, 16. Rüfət Dadaşov, 17. Renat Dadaşov, 18. Şəhriyar Əliyev, 22. Cavid Hüseynov;
-
ARAF prezidenti Elçin Quliyev: “Əsas məqsədimiz “Çövkən”idman növünü inkişaf etdirməkdir”
...
-
Peşəkar Çövkən Liqasının açılış mərasimi keçirilib
...
-
“Qarabağ” 3-cü təsnifat mərhələsində də səpələnmişlər sırasında yer alacaq
...
-
Bilyard üzrə "Quba Open” turniri keçirilib
...
-
Azərbaycanda 3-cü dəfə Red Bull Car Park Drift həyəcanı yaşanacaq
...
-
Hidayət Heydərov tarix yazdı - Dünya çempionu!
...
-
Bodibildinq üzrə II muxtar respublika birinciliyi yekunlaşıb - FOTO
...
-
Peşəkar Çövkən Liqasına həsr olunmuş mətbuat konfransı keçirilib
...
-
Şəhriyar Məmmədov pessimizmə qapılmır
...
-
Klub rəhbəri: "Ən yaxşı oyunlarımızdan birini keçirdik"
...