Cüdoçularımızdan daha iki medal
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində keçirilən cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turnirinə yekun vurulub.
Yarışın son günü Azərbaycan millisi aktivinə daha iki medal yazdırıb. -100 kq çəki dərəcəsində yarışan Zelim Kotsoyev Fransa, Macarıstan, Pakistan və Türkiyə idmançılarına qalib gələrək finala çıxıb. Həlledici qarşılaşmada Koreya təmsilçisi Ço Quhama uduzan təmsilçimiz "Böyük Dəbilqə"nin gümüş medalına sahib olub. Ağır çəkidə (+100 kq) mübarizə aparan cüdoçumuz Uşangi Kokauri Abu-Dabidə bürünc medal uğrunda görüşə çıxıb. Təmsilçimiz Ukrayna idmançısı Aleksandr Qordiyenko ilə üz-üzə gəlib. Cüdoçumuz rəqibinə qalib gələrək bürünc medala layiq görülüb.
Beləliklə Azərbaycan cüdoçuları Abu Dabidə 3 medal qazanıblar. Nüfuzlu yarışın ilk günü Orxan Səfərov gümüş medala sahib olmuşdu. Qeyd edək ki, Azərbaycan millisi yarışa 10 kişi və 5 qadın cüdoçu ilə qatılıb.
-
“Qarabağ” 3-cü təsnifat mərhələsində də səpələnmişlər sırasında yer alacaq
...
-
Bilyard üzrə "Quba Open” turniri keçirilib
...
-
Azərbaycanda 3-cü dəfə Red Bull Car Park Drift həyəcanı yaşanacaq
...
-
Hidayət Heydərov tarix yazdı - Dünya çempionu!
...
-
Bodibildinq üzrə II muxtar respublika birinciliyi yekunlaşıb - FOTO
...
-
Peşəkar Çövkən Liqasına həsr olunmuş mətbuat konfransı keçirilib
...
-
Şəhriyar Məmmədov pessimizmə qapılmır
...
-
Klub rəhbəri: "Ən yaxşı oyunlarımızdan birini keçirdik"
...
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...