Anar Ələkbərov haqda maraqlı məlumatlar
Prezident İlham Əliyevin noyabrın 29-da imzaladığı sərəncamla Anar Ələkbərov Azərbaycan Respublikası Prezidentinin köməkçisi təyin edilib.
Prezidentin yeni köməkçisi Anar Ələkbərovun dosyesini təqdim edirik: O, 1998-ci ildə Bakıda Qərb Universitetinin Beynəlxalq menecment ixtisası üzrə bakalavr pilləsini bitirib. 2001-ci ildə Bakıda Qərb Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.
2008-ci ildən Heydər Əliyev Fondunun icraçı direktoru vəzifəsində çalışır. Azərbaycan Respublikası Prezidentinin 10 iyul 2012-ci il tarixli sərəncamı ilə Heydər Əliyev Mərkəzinin direktoru təyin edilib.
2013-cü ildə Fransanın "İncəsənət və ədəbiyyat ordeni” ilə təltif edilib.
21 fevral 2014-cü ildə Azərbaycan Avtomobil İdman Növləri Federasiyasının prezidenti seçilib.
2014-cü ildə Azərbaycan və Macarıstan arasında əlaqələrin genişləndirilməsində və bu ölkədə mədəni-humanitar layihələrin həyata keçirilməsindəki xidmətlərinə görə Macarıstanın dövlət mükafatı - "Komandor xaç” ordeni ilə təltif edilib.
2014-cü ildə "Mehriban Əliyeva - xeyirxahlıq və ümid mücəssəməsi" adlı məqaləsi və "Mehriban" adlı kitabı çap edilib. "Milan Expo 2015” ümumdünya sərgisində Azərbaycan nümayəndə heyətinin sədri olub.
2017-ci ildə Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi təyin olunub.
Vergilər nazirinin müavini Sahib Ələkbərovun oğludur.
-
İlham Əliyev Putinə zəng etdi
...
-
İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
...
-
Cevdet Yılmaz Mehriban Əliyevanı təbrik etdi
...
-
Ərdoğandan İlham Əliyevə Novruz təbriki
...
-
Mehriban Əliyevadan ilaxır çərşənbə ilə bağlı paylaşım
...
-
Prezidentin Xankəndidəki çıxışının - Videosu
...
-
Prezident Xankəndi ilə bağlı faktları açıqladı
...
-
Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib
...
-
Prezident xalqı təbrik etdi
...
-
İlham Əliyev Vladimir Putini təbrik etdi
...