Qaz limiti haqda vacib açıqlama – Sıfırlanacaq
"Smart tipli sayğaclarda dekabr ayının 31-i saat 00:00-da qaz limiti sıfırlanacaq”.
Bu sözləri açıqlamasında "Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov deyib. O bildirib ki, sıfırlanmadan sonra Smart tipli sayğaclardan istifadə edən abonentlər üçün limit 2 200 kubmetr olacaq: "Ancaq mexaniki sayğaclarda limitin sıfırlanması dekabr ayının 31-i baş tutmayacaq. Buna səbəb sözügedən sayğacların təsnifat dövrünün ayın 5-dən 5-nə olmasıdır. Bir sözlə, mexaniki sayğaclardan istifadə edən abonentlərdə qaz limiti yanvar ayının 5-də sıfırlanacaq və sayğaclara 2 200 kubmetr limit tətbiq ediləcək”. Xatırladaq ki, bu il aprelin 30-da Tarif (qiymət) Şurası ölkədə əhali qrupu üzrə təbii qaza tətbiq edilən limitə yenidən baxaraq, mayın 1-dən 2 200 kubmetr həcmində müəyyən edilməsi barədə qərar verib. Bununla da əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 2 200 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 2 200 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanacaq. Onu da əlavə edək ki, qaz sayğaclarında limitin artırılma prosesi mayın 1-dən nəzərdə tutulsa da, mayın 10-dək işlər tamamlanmışdı.(lent.az)
-
Sabah 26° isti olacaq
...
-
Sabahın havası - 27° isti
...
-
İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
...
-
Azərbaycan- İran dostluğu və əməkdaşlığı bölgənin sabitliyi və təhlükəsizliyi üçün önəmli məsələdir
...
-
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi dünya ictimaiyyətinin diqqət mərkəzində olub
...
-
Bölgədə sülh, əmin-amanlıq, sabitlik olmalıdır
...
-
Önəmli amil
...
-
İran-Azərbaycan əlaqələrinin gələcək inkişafı müsbətdir
...
-
Gələcəyə yönəlmiş əməkdaşlıq
...
-
Azərbaycan diplomatiyasının prioriteti
...