Vilayət Eyvazov jurnalisti qəbul etdi
Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov criminal.az saytının baş redaktoru, jurnalist Anar Məmmədovu qəbul edib. Bu barədə Anar Məmmədovun özü məlumat verib.
A.Məmmədov bildirib ki, nazir son günlər sosial şəbəkələrdə guya onun naməlum şəxslər tərəfindən “vəhşicəsinə döyülməsi” və bu hücumun hansısa “oliqarx” tərəfindən təşkil edilməsi barədə yayılmış məlumatlarla bağlı dinləyib:
“Bu məlumatları yaymaqda şübhəli hesab etdiyim şəxslərlə bağlı məlumat verdim. Cənab nazir məni diqqətlə dinlədi və bildirdi ki, ona ünvanladığım açıq məktubda ifadə edilən məqamları nəzərə alıb, dərhal şəxsi nəzarətə götürüb. Nazir əlavə etdi ki, müraciətimlə bağlı zəruri araşdırma aparılacaq”.
A.Məmmədov qeyd edib ki, Vilayət Eyvazov “heç kəsə imkan vermərik ki, kimisə təhdid etsin” deyə bildirib.
A.Məmmədov əlavə edib ki, görüşdən sonra ona bir neçə telefon nömrəsi də verilib, hər hansı təhlükə və təhdid olarsa, təcili olaraq həmin nömrələrlə əlaqə saxlaması tapşırılıb.
-
Sabah hava buludlu olacaq, yağış yağacaq
...
-
Belarus Prezidentinin dövlət səfəri əlaqələrimizə böyük təkan verəcək
...
-
Qarabağ çağırır
...
-
Birgə səylər bəhrə verəcək
...
-
Heydər Əliyev siyasətinin uğurlu davamı
...
-
Azərbaycan-Belarus münasibətlərinin yeni inkişaf mərhələsi
...
-
Azərbaycan-Belarus münasibətləri strateji xarakter daşıyır
...
-
Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
...
-
Sumqayıtlı aktyorun qızı ağır xəstəlikdən əziyyət çəkir - (YARDIM AKSİYASl)
...
-
Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək...
...