Savatçılarımız beynəlxalq turnirdə 10 medal qazandılar
Azərbaycan Savat və Şaolin Döyüş Sənətləri Federasiyasının
idmançıları ölkəmizi daha bir beynəlxalq turnirdə uğurla təmsil
ediblər.
Gürcüstanın paytaxtı Tbilisidə Savat - Fransız boksu
döyüş növünün Asso versiyası üzrə yeniyetmələr və gənclər
arasında keçirilən mötəbər yarışda Azərbaycan idmançıları 10
dəfə fəxri kürsüyə qalxıblar. Onlardan 8-i zirvədə dayanıb. Əziz
Əzizli (46 kq), Elvin Qurbanov (48 kq), Ömər Rəhimov (50 kq),
Həsən Həsənzadə (53 kq), Tural Baloğlanov (60 kq), Ümid
Ağayev (yeniyetmə, 63 kq), Kamil Balaşov (yeniyetmə, 70 kq)
və Seymur Yusifov (70 kq) bütün rəqiblərini məğlub edərək qızıl
medal qazanıb. Orxan Rzalı (yeniyetmə, 46 kq) və Nəriman
Vəliyev (63 kq) isə yalnız finalda uduzaraq gümüş medalla
kifayətlənib. Yarışda Azərbaycanla yanaşı Gürcüstan, İran,
Ermənistan və Qazaxıstan idmançıları da iştirak ediblər.
İdmançılarımız gənclərdən ibarət yığma komandanın baş
məşqçisi Taleh Nağızadənin rəhbərliyi altında yarışıblar.
-
Millimiz 1/4 finalda dayandı
...
-
Azərbaycan Basketbol Liqasında yeni mövsümünün gündəliyi müzakirə olunub
...
-
Millimiz 1/4 finalda!
...
-
İkinci liqaya vəsiqə qazanan komanda müəyyənləşdi
...
-
“Neftçi”dən ayrıldı, Basketbol Federasiyasında vitse-prezident oldu
...
-
Millimiz qrup lideri oldu
...
-
AFFA Barış Şimşəklə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib
...
-
Azərbaycan Basketbol Liqasında komanda sayı artırılacaq
...
-
Dünya Qadın Seriyası: Millimiz mübarizəni dayandırdı
...
-
Avarçəkənlərimiz Qazaxıstanda 8 medal qazandı - Fotolar
...