“AÇ-2020-nin təxirə salınması təklif edildi”
İtaliya Futbolçular Assosiasiyasının prezidenti Damiano Tommazi koronavirus epidemiyasına görə AÇ-2020-nin keçirilməsini təhlükəli hesab edir. O, UEFA-nın turnirin təxirə salınması ilə bağlı məsələyə baxmalı olduğunu bildirib:
"Koronavirus təkcə İtaliyanın problemi deyil. A Seriyası azarkeşsiz davam edəcək. Futbolçular arasında buna razılaşan və qarşı olanlar var. Bütün mümkün tədbirləri görürük, amma oyunçular meydanda risk altındadır. Ən pisi, bir futbolçu virusa yoluxsa, bütün komanda karantinə alınacaq".
Qeyd edək ki, İtaliyada aprelin 3-dək bütün idman tədbirləri azarkeşsiz olacaq. AÇ-2020-yə iyunun 12-də Romadakı "Olimpiko" stadionunda İtaliya və Türkiyə milliləri arasında keçiriləcək matçla start veriləcək.
Turnirin 3 qrup və 1 1/4 final matçı isə Bakıda təşkil olunacaq.
-
Hidayət Heydərov tarix yazdı - Dünya çempionu!
...
-
Bodibildinq üzrə II muxtar respublika birinciliyi yekunlaşıb - FOTO
...
-
Peşəkar Çövkən Liqasına həsr olunmuş mətbuat konfransı keçirilib
...
-
Şəhriyar Məmmədov pessimizmə qapılmır
...
-
Klub rəhbəri: "Ən yaxşı oyunlarımızdan birini keçirdik"
...
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...