Ruslan Əliyev Salyanda qəbul keçirəcək
Martın 13-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Salyan rayonunda vətəndaş qəbulu keçirəcək.
Məlumata görə, baş direktorun müavinləri - Ramil İskəndərov və Cahid Hüseynov isə Neftçala və İmişli rayonlarında vətəndaşların müraciətlərini dinləyəcəklər. Qəbulların hər 3 rayon mərkəzində saat 12:00-da keçirilməsi planlaşdırılıb.
R.Əliyev Salyan Regional Qaz İstismarı İdarəsinin inzibati binasında, baş direktorun əsaslı tikinti üzrə müavini R.İskəndərov Neftçala və satış və istismar üzrə müavini C.Hüseynov isə İmişli rayonları üzrə qaz xidmət sahələrində qəbul keçirəcəklər. Daha ətraflı məlumatları Salyan Regional Qaz İstismarı İdarəsindən, Neftçala və İmişli rayonlarındakı qaz xidmət sahələrindən əldə etmək mümkündür. Eləcə də “Azəriqaz” İstehsalat Birliyinin "Facebook" sosial şəbəkəsindəki ünvanına da yazaraq məlumat əldə etmək olar.
-
Mehriban qonşuluq hər şeydən vacibdir
...
-
Sabah hava buludlu olacaq, yağış yağacaq
...
-
Belarus Prezidentinin dövlət səfəri əlaqələrimizə böyük təkan verəcək
...
-
Qarabağ çağırır
...
-
Birgə səylər bəhrə verəcək
...
-
Heydər Əliyev siyasətinin uğurlu davamı
...
-
Azərbaycan-Belarus münasibətlərinin yeni inkişaf mərhələsi
...
-
Azərbaycan-Belarus münasibətləri strateji xarakter daşıyır
...
-
Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
...
-
Sumqayıtlı aktyorun qızı ağır xəstəlikdən əziyyət çəkir - (YARDIM AKSİYASl)
...