İrşad Electronics müştərilərinin kredit ödəmələrinə fasilə verdi
“Sağlıq hər şeydən vacibdir” deyən İrşad Electronics müştərilərinə qarşıdakı aprel ayını evdə rahat qalmaq üçün şərait yaradıb. İrşad Electronics müştərilərinin aprel ayı üzrə kreditlərini növbəti aya ertələyib. Bu barədə şirkətin rəsmi facebook səhifəsində məlumat yayılıb: “ “Covid-19” virusu ilə əlaqədar olaraq sizlərə dəstək olmaq adına Aprel ayı üçün aylıq ödənişlərə 1 aylıq fasilə verilməsini qərara aldıq”.
Bu müddətdə İrşad Electronics müştəriləri evdə rahat oturub, özlərinin və əzizlərinin sağlamlığının qayğısına qala biləcəklər. May ayından başlayaraq, İrşad Electronics-ə olan kreditlərin aybaay ödənməsi davam edəcək.
İrşad Electronics koronavirus zəncirini qırmaq, onu yaymamaq və özlərinin də yoluxmamağı üçün müştərilərinə evdən çıxmamağı tövsiyə edir. Əməkdaşlarının da karantin qaydalarına riayət etməsini və mağazalara insan axınının qarşısını almaq istəyən şirkət martın 28-dən etibarən bütün mağazalarının fəaliyyətini müvəqqəti dayandırıb. Bu müddətdə yalnız onlayn sifarişlər üzrə nağd və taksitli alışlar həyata keçiriləcək. Müştərilərə məhsulların çatdırılması yüksək dezinfeksiya tələblərinə uyğun olaraq təşkil ediləcək.
İrşad Electronics ölkə üzrə 30-dan artıq mağazaya malik mobil telefon, elektrotexnika və məişət avadanlıqları satışı şəbəkəsidir.
-
“Nar” “Breyn Rinq” intellekt yarışına dəstəyini davam etdirir
...
-
Azərbaycanda ən çox satılan lüks avtomobillər - Siyahı
...
-
Yenilənmiş “Nar”ı hiss et və hədiyyələr qazan!
...
-
“Azeri Light” 98 dollara satılır
...
-
“Nar” metroda şəbəkəsini gücləndirir
...
-
“Nar” şəbəkəsi Xankəndi şəhərində!
...
-
“Nar” “Sənə ən yaxın” konsepsiyasını təqdim edir
...
-
Neftimizin qiyməti 102 dollara düşdü
...
-
Neftimiz 99 dollara düşdü
...
-
“Maxim” beynəlxalq taksi sifarişi xidməti Azərbaycanın daha 4 şəhərində fəaliyyət göstərməyə başlayıb
...