Qaradağ rayonunda maarifləndirmə işlərinə nəzarət edilir
Qaradağ rayonunda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq sanitar epidemioloji normalara əməl olunması üçün Qaradağ Rayon İcra Hakimiyyətində mobil qruplar yaradılmışdır.
Bu gün Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Lökbatan qəsəbəsində gün ərzində əhali arasında təbliğat işləri aparacaq mobil qrupların üzvləri ilə görüşdü, onlara əhalinin maarifləndirilməsi üçün öz tövsiyə və tapşırıqlarını verdi. Daha sonra İcra başçısı özü də Lökbatan və Sahil qəsəbələrini gəzdi. Çöldə olan sakinlərlə fərdi qaydada söhbətlər apardı. Onlara izah etdi ki, bu günlər Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq xüsusi karantin rejiminin tələblərinə tabe olmaq lazımdır.
Qaradağ Rayon İcra Hakimiyyəti Aparatının əməkdaşları, bələdiyyə üzvləri, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən sakinlərdən ibarət olan könüllülər səs ucaldıcı vasitələrlə yerli əhalini evdə qalmağa və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq xüsusi karantin rejiminin tələblərinə tabe olmağa çağırırlar.
Könüllülər tərəfindən son günlər gündəlik olaraq rayonunun bütün qəsəbələrində aparılan bu işlər əhalinin toplaşdığı yerlərdə, məhəllələrdə aparılır. Sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq tövsiyə edilir.
Xatırladaq ki, artıq bir neçə gündür ki, rayon ərazisindəki bütün istirahət parklarının girişləri bağlanılmış və parklara giriş məhdudlaşdırılmışdır. Qəsəbələrdə yaradılmış abad məhəllələrdə sakinlərin əyləşməsi üçün nəzərdə tutulan oturacaqlardan, uşaq-əyləncə və idman qurğularından da istifadəyə qadağa qoyulub. Eyni zamanda, rayon ərazisində gündəlik olaraq dezinfeksiya işləri də aparılır.
Qaradağ rayon icra hakimiyyət tərəfindən ictimai-iaşə obyektlərinin işinə nəzarət gücləndirilib və diqqət mərkəzində saxlanılır.
Bütün təbliğat, maarifləndirmə və dezinfeksiya işlərinin aparılması gün ərzində davam etdirilir.
-
Müsəlman Şərqində ilk demokratik respublika
...
-
Azərbaycan Xalq Cümhuriyyəti milli ləyaqət və qürur tariximizdir
...
-
Səttar Möhbalıyev: “Əfv sərəncamı Prezident İlham Əliyevin humanist siyasətinin növbəti təzahürüdür”
...
-
Səttar Möhbalıyev: “Şanlı tariximizdə daha bir Qələbə səhifəsi açıldı”
...
-
Abşeron rayonunda “COP29: Gənclərin iqlim dəyişikliyi hərəkatına çağırışı” adlı simpozium keçirilib
...
-
"Pilot Residence” binasının sakinləri Mehriban xanım Əliyevaya şikayət məktubu yazdılar
...
-
Qobustan qəsəbəsində səyyar qəbul keçirildi - Fotolar
...
-
Biz qalib xalqıq, söz bizimdir
...
-
Regionda sülh və sabitlik dövlətimizin əsas məqsədidir
...
-
Yaşıl dünya uğrunda
...