“Azercell Telekom” “Abunəçi bilgilərinin dəqiqləşdirilməsi” xidmətini təmənnasız təqdim edir!
Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC abunəçilərinə ən yaxşı müştəri təcrübəsi yaşatmaq istiqamətində fəaliyyətini davam etdirir. Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alan “Azercell”, abunəçilərinin rahatlığını təmin etmək məqsədilə “Abunəçi bilgilərinin dəqiqləşdirilməsi” xidmətini təqdim edir.
Artıq “Azercell” abunəçiləri istifadələrində olan nömrənin rəsmi sahibini şirkətin Müştəri Xidmətləri ofislərinə yaxınlaşmadan müəyyən edə biləcəklər. Bunun üçün 6800 qısa nömrəsinə boş SMS göndərmək və ya telefonun ekranında *680#yes kombinasiyasını yığmaq kifayətdir.
Cavab olaraq abunəçiyə nömrənin rəsmi sahibinə aid müvafiq bilgilər (ad, soyad və ata adı) göndəriləcək. Karantin dövründə “Azercell” abunəçiləri bu xidmətdən təmənnasız yararlana biləcəklər.
Onu qeyd edək ki, “Abunəçi bilgilərinin dəqiqləşdirilməsi” xidməti yalnız fiziki şəxs olan abunəçilər üçün nəzərdə tutulub.
“Azercell” müştərilərini sosial izolyasiya tədbirlərinə riayət etməyə çağırır və onlara möhkəm can sağlığı arzu edir!
Xidmət haqqında ətraflı məlumat üçün:
https://www.azercell.com/az/personal/campaigns/monthly/number/ səhifəsinə daxil olun.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.
-
Azərbaycanda süni brilyant istehsal ediləcək
...
-
“Nar” kubokunun sahibi “Breyn Rinq”in çempionu olub
...
-
Neftimizin qiyməti 87 dollara çatır
...
-
“Nar” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikata layiq görüldü
...
-
Mikayıl Cabbarov “TikTok”un vitse-prezidenti ilə görüşdü
...
-
Orta aylıq əməkhaqqı 923 manata çatıb
...
-
Söhrab Cabbarov: "Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı işlər nəticəsində özəl sektorun inkişafında yeni mərhələ başlayıb"
...
-
Metrostansiyaların sayı artırılacaq
...
-
Bu gündən siqaret və alkoqollu içkilər bahalaşır
...
-
“Nar” Azərbaycan Voleybol Federasiyasının rəsmi tərəfdaşıdır
...