Oliqarx deputatdan sərt açıqlama: “Eldar Mahmudovun yaratdığı saytlar...”
“Vaxtilə Eldar Mahmudovun yaratdığı və onun çetesinə xidmət edən saytlarda növbəti dəfə mənim adımı dərman preparatları ilə bağlı hallandırıblar”.
Bunu Milli Məclisin deputatı Cavanşir Feyziyev sosial şəbəkədə yazıb. O, deyib ki, həmin saytlar yazıb ki, Avromed koronavirusun müalicəsi üçün istifadə olunan bəzi dərmanları yalnız öz apteklərinə verir:
“Karlar, korlar və bir sıra reket saytları idarə edən dələduzlar üçün bir daha təkrar etməyə məcburam:
Birincisi, mən 2010-cu il dekabrın 1-dək Avromedin Direktoru olmuşam. İndi isə 2020-ci ildir.
İkincisi, 2016- cı ildə səhmlərin mənə məxsus olan hissəsini satmışam və mənim Avromed şirkəti ilə heç bir əlaqəm yoxdur.
Üçüncüsü, koronavirusa qarşı dərman preparatları vitamin deyil ki, aptekdə satılsın. Bu dərmanlar ancaq koronavirusun müalicəsi ilə məşğul olan xüsusi xəstəxanalara TƏBİB tərəfindən verilə bilər. Kimsə bu dərmanları əldə edib öz aptekində satmaq istəyirsə, deməli möhtəkirlik etmək istəyir”.
Deputat açıqlama zamanı AFN.az və Yenigundem.az saytlarının adlarını çəkib.
-
Emoməli Rəhmon Heydər Əliyevin məzarını ziyarət etdi
...
-
PA-da yeni təyinat - Sərəncam
...
-
Volodimir Zelenski Prezident İlham Əliyevə zəng edib
...
-
Mehriban Əliyeva Hidayəti belə təbrik etdi
...
-
“Faciədən əvvəl biz 2 saatdan çox birlikdə idik” - Prezident
...
-
Parlamentin növbədənkənar sessiyası çağırılacaq
...
-
Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib
...
-
Azərbaycan - İran sərhədində tarixi an - Fotolar
...
-
Mehriban Əliyevadan Zəngilan paylaşımı - Fotolar+Video
...
-
Prezidentlər Cıdır düzündə - Fotolar
...