Millinin baş məşqçisi bəllidir
Bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.
Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub.
COVİD-19 pandemiyası ilə əlaqədar yaranmış mövcud vəziyyət nəzərə alınaraq AFFA tərəfindən irəli sürülən xüsusi şərtlərlə razılaşacağı təqdirdə, Canni De Byazi ilə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı müqavilə imzalansın.
Müqavilənin digər şərtlərinin müəyyənləşdirilməsi məqsədilə danışıqlar davam etdirilsin (İcraiyyə Komitəsi üzvlərinin səs çoxluğu ilə).
Arif Əsədov baş məşqçinin köməkçisi təyin olunsun.
Qeyd: AFFA-nın irəli sürdüyü xüsusi şərtlərə pandemiya ilə əlaqədar beynəlxalq oyunlar təxirə salınarsa və ya baş məşqçinin Azərbaycana gəlməsi ilə bağlı çətinliklər yaranarsa, maliyyə risklərinin nəzərə alınması daxildir.
-
“Şamaxı” yenidən Premyer Liqada
...
-
Anar Quliyev federasiya prezidenti oldu - Fotolar
...
-
"Autsayder komandalara qarşı oynamaq çətin olur"
...
-
"Hakim meydandan məğlub ayrılmağımız üçün hər şey etdi"
...
-
Bu gün Avropa Liqasının qalibi bəlli olacaq
...
-
Minifutbol üzrə millimizin üzvləri təltif olundu
...
-
Minifutbol üzrə dünya çempionatı Bakıda
...
-
ARAF prezidenti Elçin Quliyev: “Əsas məqsədimiz “Çövkən”idman növünü inkişaf etdirməkdir”
...
-
Peşəkar Çövkən Liqasının açılış mərasimi keçirilib
...
-
“Qarabağ” 3-cü təsnifat mərhələsində də səpələnmişlər sırasında yer alacaq
...