Qurban Qurbanov saxlanıldı
Dağıstanda güc strukturlarının əməkdaşları qanunsuz torpaq sahələrinin ayrılması ilə bağlı cinayət işi çərçivəsində Dərbənd rayonunun keçmiş rəhbəri Qurban Qurbanovu saxlayıblar. Bu barədə “TASS”a güc strukturlarındakı mənbə xəbər verib.
“Bu gün Qurbanovun evində axtarış aparılıb, o, Mahaçqalaya sorğu-suala aparılıb, sonra saxlanılması rəsmiləşdirilib. Tədbirlər torpaq sahələrinin qanunsuz ayrılması ilə bağlı cinayət işinin istintaqı çərçivəsində keçirilib”, - işin detallarını açıqlamayan mənbə bildirib.
Qeyd edək ki, Dərbənd 101 min nəfər əhalisi olan (2013) Dağıstanın cənubunda ən böyük bələdiyyə rayonudur. Rayon ərazisindən Rusiyanı Azərbaycanla birləşdirən mühüm nəqliyyat arteriyaları keçir.
Qurbanov milliyyətcə azərbaycanlıdır. O, 1998-ci ildən 2014-cü ilə qədər Dərbənd Rayon Administrasiyasının rəhbəri vəzifəsində çalışıb. Maraqlıdır ki, həmin rayona 1962-ci ilədək onun atası Səid Qurbanov rəhbərlik edib.
Xatırladaq ki, məmur 2014-cü ildə Ramazan Abdulatipovun dövründə də saxlanılmışdı. Q.Qurbanova qarşı vəzifə səlahiyyətlərini aşması barədə cinayət işi açılmış, daha sonra həmin iş bağlanmışdı.
-
Azərbaycana uçuş aparatı ilə narkotik keçirdi, həbs edildi - Video
...
-
TikTokda “kreditə qızıl satılır” adı altında 150-dən çox şəxsi aldadıblar - Video
...
-
DTX saxta sənəd hazırlayan şəxsi həbs etdi
...
-
Rəşad şikayət hüququndan istifadə etmədi, “zona” köçürülür
...
-
İlkinin işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə qaytarıldı
...
-
DİN-dən polisin kuriyeri tutacağı ilə bağlı iddialara cavab
...
-
DTX xüsusi əməliyyat keçirdi - Video
...
-
Sumqayıtda arvad ərini öldürüb təslim oldu
...
-
Polis Sabirabadda əməliyyat keçirdi - Saxlanılanlar var
...
-
Bakıda 3 min manata “Makarov” satmaq istəyən şəxs saxlanılıb
...