V qrupun keçid ballarında artım olacaq
“Bu il ötən illə müqayisədə V qrupa keçid ballarında müəyyən qədər artım olacağı gözlənilir”.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Natiq Əliyev V ixtisas qrupu üzrə ixtisas seçimi ilə əlaqədar keçirilən canlı yayımda deyib. O, qeyd edib ki, V qrup üzrə sənəd verənlərdən 11 489-u abituriyent, 2597-si subbakalavr olub. 46 280 nəfər I-IV qrupla yanaşı, ərizələrində V qrupu da yazıb. Qəbul qaydalarına görə, hər bir abituriyent I və IV qrupu yazanda V qrupu da yaza bilər:
“Qabiliyyət imtahanı tələb edən ixtisaslardan dizayn ixtisası üzrə 210 plan yerinə qarşı 1430 nəfər qeydiyyat keçib. İmtahandan sonra məqbul alanların sayı isə 464 nəfərdir. Dekorativ sənət üçün 434 nəfər qeydiyyatdan keçib, onlardan 259 nəfəri 90 yer üçün məqbul alıb. Burada da bir yerə 3 nəfərə yaxın müsabiqə vəziyyəti var. Qabiliyyət imtahan tələb edən ixtisaslarda plan yerlərinin sayı 1317-dir. 4662 nəfər qeydiyyatdan keçib.
Burada bir yerə 3 nəfərdən artıq qeydiyyatdan keçib. Yalnız memarlıq komissiyası üzrə imtahanlar hələ ki, davam edir. Keçirilən imtahan nəticəsində 1337 yerə artıq 1724 nəfər ixtisas seçiminə buraxılıb. Bu onu göstərir ki, bir yerə iki nəfərdən atıq müsabiqə vəziyyəti olacaq”.
N. Əliyev, həmçinin bildirib ki, V qrup üzrə plan yerləri artırılıb. Belə ki, qəbul planında 2019-cu il üzrə V qrupa 3 581 plan yeri ayrılmışdı. Bu il isə plan yeri 3 714 nəfərdir. Bu o deməkdir ki, 133 yer artırılıb.
-
UNEC Zaqatala filialında ümummilli Lider Heydər Əliyevin yüz illik yubileyi ilə əlaqədar rayon məktəblilərinin bilik yarışması keçirilib
...
-
Emin Əmrullayev Londonda forumda iştirak edir
...
-
Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Heydər Əliyevin görmək istədiyi universitet” mövzusunda Respublika Elmi-praktiki konfrans keçirilib
...
-
UNEC Zaqatala filialı "Heydər Əliyevin İKT siyasəti müasir mərhələdə" mövzusunda tədbir keçirib
...
-
Elm və təhsil naziri Qusar Olimpiya İdman Kompleksini ziyarət edib
...
-
Bakı məktəblərində akademik Zərifə Əliyeva anılıb
...
-
Nöqsan və çatışmazlıqlara görə 18 məktəb direktoru, 14 bağça müdiri işdən çıxarılıb
...
-
Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Lisey təhsildə böyük uğurlar qazanır
...
-
Müəllimlərin yerdəyişməsi üzrə vakansiya seçimi başlayır
...
-
Bu məktəblər distant təhsilə keçir
...