Prezidentin köməkçisi İran səfiri ilə görüşdü - Foto
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.
Bu barədə Hikmət Hacıyev öz tvitter hesabında məlumat verib.
Şöbə müdirinin sözlərinə görə, görüşdə ikitərəfli münasibətlər nəzərdən keçirilib: “Bu gün İran İslam Respublikasının yeni səfiri Seyid Abbas Musəvini salamlamaqdan məmnun oldum. İkitərəfli münasibətlərimizi nəzərdən keçirdik, mehriban qonşuluq və dostluq münasibətlərimizin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi apardıq. Xarici İşlər Nazirliklərinin keçmiş mətbuat katibləri olaraq ortaq mövzularımız çox idi”.
-
Mehriban Əliyeva Əminə Ərdoğanla görüşdü
...
-
Dövlət başçıları mətbuata bəyanatlarla çıxış etdi - Video
...
-
Azərbaycan-Türkiyə sənədləri imzalandı - Video
...
-
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Fotolar
...
-
Prezidentlərin təkbətək görüşü oldu - Fotolar
...
-
İlham Əliyev Ankarada Heydər Əliyev Parkında - Fotolar
...
-
İlham Əliyev Anıtqəbiri ziyarət edib - Fotolar
...
-
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə rəsmi səfərə gedib
...
-
Prezident Münxen Təhlükəsizlik Konfransının sədri ilə görüşdü
...
-
İlham Əliyev Zelenski ilə görüşdü - Foto
...