“Karantinin sərtləşəcəyinə inanmıram” - TƏBİB rəsmisi
“Karantinin sərtləşəcəyinə inanmıram”.
Bu sözləri TƏBİB Elmi Komitəsinin Sədri, professor Akif Qurbanov İctimai Televiziyada yayımlanan “Diqqət mərkəzi” verilişində deyib:
“Gələcəkdə karantin şərtlərinin sərtləşəcəyinə inanmıram. Birincisi, epidemioloji vəziyyət tam nəzarət altındadır. İkincisi, daimi olaraq dövlət qurumları, səhiyyə qurumları bu barədə qabaqlayıcı tədbirlər görür. Belə davam etsə, insanlarımız qorunma tədbirlərinə əməl etsə, mən heç də inanmıram ki, gələcəkdə hər hansı bir sərtləşdirici karantin tədbirləri olsun. Amma ola bilər ki, yoluxmaların sayında artım olsun. Bu da bizim özümüzdən asılıdır. Yoluxmanın artması o deməkdir ki, hansısa şərtləri gözləmirik.
Biz artıq bir neçə ay bundan qabaq pik vəziyyətini keçmişik. O pik vəziyyətindən sonra əhalinin müəyyən qrupu xəstələndi, xəstələndikdən sonra sağaldılar. Bundan sonra immunitet yarandı. İmmunitet yaranmış şəxslər də artıq epidemiyanın yayılmasına çox böyük maneçilik törədirlər”.
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...
-
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib
...