Fəttah Heydərovun yerinə namizəd o oldu
Sentyabrın 29-da Azərbaycan Ağsaqqallar Şurasının qurultayı keçiriləcək.
Məlumata görə, qurultay onlayn formada təşkil ediləcək. Azərbaycan Ağsaqqallar Şurasının sədri vəzifəsinə isə Eldar Quliyevin namizədliyi irəli sürülüb.
Azərbaycan Ağsaqqallar Şurasının sədri vəzifəsinə namizədliyi irəli sürülən Eldar Quliyev 1951-ci il iyul 26-da Bakı şəhərində anadan olub. O, II, III, IV, V və VI çağırış Azərbaycan Milli Məclisinin üzvüdür. 1990-cı ildə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı İdarə Heyətinin sədr müavini, 1993-cü ildə İdarə Heyətinin sədri vəzifəsinə seçilərək hazıra kimi ictimai əsaslarına rəhbərlik edir. 2011-ci ildən Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professordur.
Xatırladaq ki, Azərbaycan Ağsaqqallar Şurasının mərhum sədri Fəttah Heydərov avqustun 4-də uzun sürən xəstəlikdən sonra 82 yaşında vəfat edib. /Report
-
Mayın son günü 34° isti olacaq
...
-
“Azərişıq” cənub rayonlarında yenidənqurma işlərini davam etdirir - Video
...
-
Səttar Möhbalıyev: ”Xocalıları Müstəqillik Günü öz evlərində görmək xalqımıza ən böyük bayram hədiyyəsi oldu”
...
-
Sabah 35° isti olacaq
...
-
Azərbaycanda Müstəqillik Günüdür
...
-
“Batya Vasmoyski” ilə bağlı “Çinar Trans” MMC-dən AÇIQLAMA
...
-
Leyla Əliyeva Berlin zooparkında - Fotolar
...
-
Müstqil dövlətimiz qürur mənbəyimizdir
...
-
Müstəqilliyimizın sədaları dünya meridianlarında
...
-
Müstəqilliyimiz şərəfimizdir, əbədi və sarsılmazdır
...