Düşmən bu gecə də ağır itkilər verib
Oktyabrın 20-si gün ərzində və 21-nə keçən gecə Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texnikada itki verərək geri çəkilməyə məcbur edilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, 5-ci dağatıcı alayın müdafiə sahəsində düşmənin mövqeləri ələ keçirilib, çoxlu sayda silah və sursat qənimət götürülüb. Alayın artilleriya rəisi, artilleriya divizion komandiri və 4-cü taborunun komandiri taborunun şəxsi heyəti ilə birlikdə məhv edilib.
6-cı və 7-ci dağatıcı alayların müdafiə sahələrində düşmən bölmələrinin şəxsi heyəti arasında ölən və yaralananlar var. Məhv edilənlər arasında alay komandirinin müavini Vahan Sarkisyan da var.
Döyüşlərdə 3 ədəd artilleriya qurğusu, bir necə minaatan, şəxsi heyətlə birlikdə 3 ədəd yük avtomobili sıradan çıxarılıb.
-
Müdafiə Nazirliyi məlumat yaydı
...
-
Müdafiə Nazirliyi məlumat yaydı
...
-
Kəlbəcərdəki mövqelərimiz atəşə tutuldu
...
-
Meşəli faciəsinin şahidi: “Ailəmizin 5 üzvünü qətlə yetirdilər, Xaçaturyan qardaşımı girov götürdü”
...
-
Xarkov partladıldı
...
-
3 il keçdi...
...
-
Azərbaycan əsgərinin düşmən atəşi nəticəsində yaralanması ilə bağlı cinayət işi başlanılıb
...
-
Müdafiə Nazirliyi məlumat yaydı
...
-
Azərbaycan Ordusu gecə “Qəzəb” əməliyyatı keçirib - Qisas alındı
...
-
“Maxim”in “Avtomobil nəqliyyatı haqqında” qanuna düzəlişlərin sərfəli nəqliyyatda necə əks olunması barədə şərhləri
...