“Qarabağ”ın ev matçı Türkiyədə keçiriləcək
Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Villareal" matçı Türkiyədə baş tutacaq.
Bunu "Qafqazinfo"ya açıqlamasında Ağdam klubunun baş meneceri Asif Əsgərov bildirib.
Onun sözlərinə görə, UEFA neytral meydan olaraq "Qarabağ"a başqa ölkələri təkllif etsə də, klub rəhbərliyi alternativ meydan kimi yalnız Türkiyəni seçib.
"Əgər Bakıda oynaya bilmiriksə, seçə biləcəyimiz birinci ölkə Türkiyədir. Türkiyədən başqa ölkə seçə bilmərik. İki gün davam edən danışıqlar nəticəsində də buna nail olduq", - deyə o, qeyd edib.
Asif Əsgərov bildirib ki, sözügedən qarşılaşma İstanbulda yerləşən "Başakşəhər Fatih Terim" stadionunda keçiriləcək. Matç oktybarın 29-da baş tutacaq.
Qeyd edək ki, UEFA Dağlıq Qarabağ bölgəsindəki gərgin təhlükəsizlik vəziyyətini nəzərə alaraq Azərbaycan millisinin və “Qarabağ”ın ev oyunlarının alternativ ölkələrdə keçirilməsi barədə qərar qəbul edib. Eyni qərar Ermənistana da şamil olunub.
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...