Həbib Nurməhəmmədov karyerasını başa vurdu
MMA üzrə UFC-254 turniri başa çatıb. BƏƏ-nin paytaxtı Əbu-Dabidə təşkil olunan yarışda 12 döyüş baş tutub.
Gecənin əsas qarşılaşması yüngül çəki dərəcəsində baş tutub. Bu çəkidə UFC-nin çempionu rusiyalı Həbib Nurməhəmmədov ABŞ təmsilçisi Castin Qetjinlə üz-üzə gəlib. 2-ci raundda rəqibinə boğucu fəndlə qalib gələn Nurməhəmmədov bununla da UFC çempionu titulunu qoruyub.
Bu döyüş rusiyalı idmançı üçün sonuncu olub. Belə ki, Nurməhəmmədov görüşdən sonra karyerasını başa vurduğunu açıqlayıb. "Anama söz vermişdim ki, bu görüş mənim üçün sonuncu olacaq. O, atamsız döyüşməyimi istəmirdi", - deyə o, qeyd edib.
Qeyd edək ki, bunadək MMA-da 28, UFC-də 12 döyüşə çıxan Həbib bütün qarşılaşmalarda qələbə qazanıb.
-
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək
...
-
AMADA-nın nümayəndə heyəti T-DO ED-in iclasında - FOTO
...
-
Azərbaycan millisi Türkiyə ilə üz-üzə
...
-
Azərbaycanın güləş hakimi Paris Yay Olimpiya Oyunlarında
...
-
"Neftçi" qadınlar liqasının çempionudur
...
-
2-ci liqanın bombardiri AFFA və PFL-ə təşəkkür etdi: "Bu ənənəni qorumalıyıq"
...
-
Azərbaycan triatlonçusu Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
...
-
Gənc avarçəkənimiz Bratislavada medal qazandı
...
-
Pirallahıda triatlon yarışı keçirilib - FOTO
...
-
“Neftçi” baş məşqçisi ilə yollarını ayırdı
...