“Azercell” Bərdə əhalisinin yanındadır!
Mobil operator Bərdə sakinlərini dəstəkləmək məqsədilə onların balansını bütün istiqamətlərdə zəng və SMS üçün artırıb.
"Azercell"dən məlumat verilib.
Məlumatı təqdim edirik:
"Azərbaycan xalqının öz əzəli torpaqlarının düşməndən azad edilməsi yolunda cəbhədəki uğurlarının artdığı ərəfədə erməni separatçılarının təxribatları və dinc əhaliyə qarşı terror aktları, təəssüf ki, dayanmır. Oktyabrın 27-si və 28-də Bərdə şəhərinin çoxsaylı raket atəşlərinə tutulması nəticəsində mülki əhalinin ölümü və yaralanması bütün ölkəmizi sarsıtdı.
Bu məqamda Bərdədə olan insanların daha çox telefon zəngləri etdiyini nəzərə alaraq, Azercell şirkəti hazırda zərbə altında olan qədim Bərdə şəhərindəki abunəçilərinə rabitə dəstəyi göstərib və onların balansına bütün istiqamətlərdə zənglər üçün 50 dəqiqə və 50 SMS yükləyib. Ümid edirik ki, bu dəstək Bərdədə olan vətəndaşlarımızın rabitə qayğılarının nisbətən aradan qaldırılmasına yardımçı olacaq.
Xatırladaq ki, bundan öncə də Azercell dəfələrlə düşmən raketlərinin qurbanına çevrilmiş Gəncə şəhərinin sakinləri üçün də analoji olaraq bütün istiqamətlərdə balans artırmışdı.
Ermənistanla uzun sürən münaqişə şəraitində dinc Azərbaycan əhalisinə qarşı edilən zorakılıq qəbuledilməzdir və hərbi cinayətə aid olunur. Dünya ictimaiyyətinin erməni təxribatlarına biganə qalmamasına ümid edir və ordumuzun döyüş meydanında düşmənə layiqincə cavab verəcəyinə inanırıq!
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Qarabağ Azərbaycandır!".
-
“8-ci km Ticarət Mərkəzi” ləğv olunur
...
-
"Junior Club" ölkə qanunlarını pozaraq əhalini necə narahat edir? - FOTO
...
-
“Nar” Laçın şəhərində ilk mağazasını açdı!
...
-
“Nar” sosial məsuliyyətli biznes modelini ADA Universitetində təqdim etdi - Fotolar
...
-
Bu gün Bakıda SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşü keçiriləcək
...
-
“Nar” Azərbaycanda uşaq hüquqlarının təşviqinə dəstək olur
...
-
“Nar” yerli telekom peşəkarlarını yetişdirir - Fotolar
...
-
“Tutuquşu alın və bu ünvana çatdırın” – Azərbaycanda kuryerlərə hansı sifarişləri veriblər
...
-
“Nar” Bayraq Günü münasibətilə “Cümhuriyyət bayrağı” kitabını nəşr etdi
...
-
“Nar” beynəlxalq MMA yarışı “RIZIN” turnirinin rəsmi tərəfdaşıdır
...