Düşmənin yüksək rütbəli zabitləri məhv edildi
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində bölmələrimizin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Dünən gün ərzində düşmənin bir neçə istiqamətdə hücum etmək cəhdinin qarşısı qətiyyətlə alınıb. Döyüş texnikası və canlı qüvvə sarıdan xeyli sayda itki verən düşmən geri çəkilib.
Görülən cavab tədbirləri nəticəsində düşmənin 1-ci ümumqoşun ordusu komandanın müavini polkovnik Artur Sarqisyan və 18-ci motoatıcı diviziyanın rabitə rəisi mayor Aram Ğazaryan məhv edilib.
Bundan əlavə 1-ci ümumqoşun ordunun artilleriya idarəsinin zabiti polkovnik-leytenant B.Aseryan, 2-ci motoatıcı alayın komandiri Hunan Hayrumyan yaralanıb və 5-ci dağatıcı alayın 3-cü taborunun komandir müavini Roman Tunyan isə itkin düşüb.
-
Mövqelərimiz atəşə tutuldu
...
-
Müdafiə Nazirliyi açıqlama yaydı
...
-
Mövqelərimiz atəşə tutuldu
...
-
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 2 il ötür
...
-
Ermənistan atəşkəsi yenə pozdu - Üç hərbçimiz yaralandı
...
-
Azərbaycan 6 erməni hərbçinin meyitini təhvil verdi
...
-
Daha 21 şəhidimiz var - Siyahı
...
-
“İtkilərimiz var, əlavə məlumat veriləcək” - Müdafiə Nazirliyi
...
-
Müdafiə Nazirliyi məlumat yaydı
...
-
Paşinyan 49 erməni hərbçinin öldüyünü etiraf etdi
...