“Rəhbərliklə danışmalıyıq” - De Byazi
“Bizim üçün vacib oyun idi. Çətin olacağını bilirdik”. Bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi deyib.
Yığmamız Millətlər Liqasının qrup mərhələsində sonuncu görüşünü keçirdi. Lüksemburqla səfər matçını (0:0) dəyərləndirən italiyalı mütəxəssisin sözlərinə görə, Bədavinin zədələnməsi onun planlarını pozub: “İlk hissədə rəqibin qol vurmaq şansları oldu. Qapıçımıza təşəkkür edirik, bizi real qoldan xilas etdi. Bədavi Hüseynovun zədələnməsi oyun planımızı pozdu. Onun əvəzlənməsindən sonra oyun planımız dəyişdi. Daha yaxşı oyun nümayiş etdirmək istəyirdik. Texniki və taktiki cəhətdən daha yaxşı oynaya bilərdik. Bunun üçün imkanlarımız vardı”.
Byazi, həmçinin bildirib ki, COVID-19 pandemiya da komandaya təsir edib: “Qrupun ilk oyununa daha yaxşı hazırlaşa bilmədik. Bu komandanın potensialı var. Futbolçuları inandırmalı və onlarda qalib psixologiyasını formalaşdırmalıyıq. Düzgün yolda olduğumuzu düşünürəm. Nizam-intizamı olan və yeri gələndə aqressiv futbol oynamağı bacaran komandamız var. Mart ayınadək rəsmi oyunlar yoxdur, rəhbərliklə danışmalıyıq. Bəzi təşkilatı işlər görüldükdən sonra yanvar ayının sonu fevralın əvvəlində təlim-məşq toplanışı və iki yoxlama oyunu keçirməyi planlaşdırırıq”.
-
Azərbaycan Basketbol Liqasında qalib bu gün müəyyənləşə bilər
...
-
Daha bir cüdoçumuz dünya çempionu oldu
...
-
“Sumqayıt”ın futbolçularından maraqlı rəqs - Video
...
-
“Şamaxı” yenidən Premyer Liqada
...
-
Anar Quliyev federasiya prezidenti oldu - Fotolar
...
-
"Autsayder komandalara qarşı oynamaq çətin olur"
...
-
"Hakim meydandan məğlub ayrılmağımız üçün hər şey etdi"
...
-
Bu gün Avropa Liqasının qalibi bəlli olacaq
...
-
Minifutbol üzrə millimizin üzvləri təltif olundu
...
-
Minifutbol üzrə dünya çempionatı Bakıda
...