Azərbaycan və Türkiyə milliləri Dünya Kubokuna birgə hazırlaşır
Azərbaycanın sərbəst güləş üzrə milli komandası Türkiyədə təlim-məşq toplanışı keçir.
Federasiyadan verilən məlumata görə, Türkiyə yığması ilə birgə baş tutan hazırlıq prosesi dekabrın 1-də start götürüb.
Komanda baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Ankarada həm fiziki, həm də taktiki-texniki hazırlıq üzərində çalışır. İki ölkənin millisinin birgə təlim-məşq toplanışı dekabrın 14-dək davam edəcək.
Qeyd edək ki, sərbəst güləşçiləri Serbiyanın paytaxtı Belqradda keçiriləcək Fərdi Dünya Kubokunda iştirak edəcəklər. Yarış dekabrın 12-də başlayacaq. Sərbəst güləşçilər yarışın son günlərində (16-18 dekabr) mübarizə aparacaq.
-
“Neftçi” baş məşqçisi ilə yollarını ayırdı
...
-
"Daha peşəkar liqada çıxış etmək istəyərik"
...
-
Dövlət qurumları arasında avarçəkmə yarışı keçiriləcək
...
-
Azərbaycan Premyer Liqasında sonuncu tura vacib oyunlarla start verilir
...
-
Azərbaycan və Çexiya arasında antidopinqlə bağlı əməkdaşlığın perspektivləri müzakirə olunub
...
-
Millimizin Qəbələdə bütün rəqibləri bəlli oldu
...
-
Naxçıvanda keçirilən kros qaçışına 700-dən çox insan qatılıb
...
-
Azərbaycan Basketbol Liqasında qalib bu gün müəyyənləşə bilər
...
-
Daha bir cüdoçumuz dünya çempionu oldu
...
-
“Sumqayıt”ın futbolçularından maraqlı rəqs - Video
...