“BÜTÜN DÜNYAYA AZƏRBAYCAN ORDUSUNUN NƏYƏ QADİR OLDUĞUNU DÖYÜŞ MEYDANINDA SÜBUT ETDİK” - ADBTİA-NIN TƏLƏBƏSİ
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) Multimedia Mərkəzinin nəzdində olan ASAPES Gold radiosu fəaliyyətə başlayıb.
ADBTİA-dan verilən məlumata görə, daha əvvəl ASAPES Gold radiosu İdman Akademiyasında yaradılan, tədrisi ingilis dilində aparılan, modul tipli İdman jurnalistikası magistr proqramının tədris prosesində geniş tətbiq olunub.
Akademiyada start verən yeni layihə müxtəlif mövzuları işıqlandıracaq.
Bunlardan biri – “Qaliblər” layihəsi isə artıq start götürüb. Radionun bu layihə ilə başlanğıc götürməsinə səbəb 44 günlük Vətən müharibəsində ADBTİA-nın 60-dan çox tələbəsinin döyüşlərdə iştirak etməsidir.
Layihənin ilk qonağı olan Akademiyanın 5-ci kurs tələbəsi Elnur Əkbərov çıxışında döyüşlərin başladığı ilk günlərdən ordu sıralarına qoşulduğunu, torpaqlarımızın düşmənin işğalından azad edilməsi uğrunda sonadək vuruşduqlarını, hər an xalqın dəstəyini və inamını hiss etdiklərini bildirib: “Xalqımızın Ordumuzun gücünə, cənab Ali Baş Komandanın verdiyi əmrə necə hörmət və inamla yanaşdığını döyüşlərə istiqamət aldığımızda anladıq. Döyüşlərdə iştirak etdiyimiz ilk gündən bizim yalnız bir məqsədimiz var idi, o da qalibiyyət idi. Biz 44 günlük müharibənin nəticəsində bütün dünyaya Azərbaycan Ordusunun nəyə qadir olduğunu döyüş meydanında sübut etdik”.
Vətən müharibəsi qazisi döyüşlərin davam etdiyi günlərdə - Füzuli istiqamətində yaralandığını da qeyd edib: “Yaralandığım anda dərhal döyüş yoldaşlarım mənə köməklik göstərdi, döyüş meydanından təxliyə edildim. Necə ki, biz ön cəbhədə düşmən qarşısında sinəmizi sipər edib onlarla vuruşurduqsa, arxa cəbhədə də həkimlərimiz bizlər üçün əllərindən gəldiklərinin ən yaxşısını etməyə çalışdılar”.
Qeyd edək ki, qazi Elnur Əkbərov təhsil aldığı Akademiyanın Elmi-tədris laboratoriyasında reabilitasiya dövrünü keçir.
-
DTX Akademiyasında buraxılış tədbiri keçirildi - Fotolar
...
-
Sabahdan müəllimlərin sertifikatlaşdırma imtahanlarının test mərhələsi başlayır
...
-
18 məktəb direktoru vəzifəsindən azad edilib
...
-
Nazir “Son zəng”lə bağlı əmr imzaladı
...
-
6-cı siniflərdə bu fənlər keçirilməyəcək
...
-
Emin Əmrullayev uşaqları Şuşadan təbrik etdi - Video
...
-
UNEC Zaqatala filialında Azərbaycan Respublikasının müstəqilliyi günü ilə əlaqədar dəyirmi masa keçirilib
...
-
Goranboy rayon Quşçular kənd H.Cəfərov adına tam orta məktəbin direktoru Ceyhun Cahangirov təltif olunub - FOTO
...
-
Mətin Kərimliyə yüksək vəzifə verildi
...
-
Astarada Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsil Festivalı keçirilib
...