Günün ulduz falı: 03 yanvar, 2021 - sayıq olun, dürüst addımlar atın
Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - yaşlı qohumlarla münasibətlərdə problem yarana bilər. Əvvəlki fikir ayrılıqları ciddiləşir. Səfər, səyahət, nəqliyyat vasitəsi almaq fikrindən vaz keçin. Kiçik maliyyə itkiləri istisna deyil. Gözlənilən gəlirlər gecikir.
Buğa - mühüm məsələlərə cavab tapmağa çalışın. Əldə edəcəyiniz informasiya gözlənilməz, maraqlı, hətta heyrətamiz olacaq.
Əkizlər - yalnız bir müddət sonra bu məlumatın faydalı olduğunu anlayacaqsınız. Sərfəli anlaşma, yaxşı sifarişin alınması mümkündür. Borc almaq olar.
Xərçəng - yaxınlarınızla münsibətlər birmənalı deyil. Sevdiyiniz insanla belə, qarşılıqlı anlaşmaya nail olmaq çətindir. Mənasız və önəmsiz məsələlərə görə mübahisə etməyin. Axşam saatlarında ailəvi istirahətə üstünlük verin.
Şir - yeni məlumatlar və maraqlı ideyalar vəd edən gündür. İdeyaları reallaşdırmağa başlasanız, bundan sonrakı bir neçə ayda durumunuz stabil ola bilər.
Qız - İntuisiyanız kəskin olmalıdır. Qəribə davranışlara, qəfil sözlərə, yaxın ətrafınızdakı insanların maraqlarına və niyyətlərinə fikir verin.
Tərəzi - az sonra baş verəcək hadisənin ərəfəsindəsiniz. Yaşamınızda önəmli dəyişikliklər istisna deyil. Hadisələr gözlədiyinizdən də sürətlə inkişaf edir.
Oxatan - maraqlı və mühüm işlə məşğul olmağa başlasanız, gün pis keçməyəcək. İradəli, əzmkar, qətiyyətli olun. Bədxahlarla toqquşma istisna deyil. Onlarla yumşaq, həlim davranmayın.
Oğlaq - yaşam arealında dəyişikliklər və yeniliklərə başlamaq olar. İntuisiyanız güclüdür və yaxınlarınızı narahat edən suallara məhz onun sayəsində cavab tapacaqsınız.
Dolça - məsləhətləriniz pis deyil. Fəqət, yaxın ətrafınızdakı insanlar sizi dinləmək istəmirlər. Ünsiyyət üçün əlverişli zamandır.
Balıqlar - çətin qərarlar qəbul etməlisiniz. Düşünmək üçün vaxt azdır. Nə istədiyinizi bilin. Kimsəyə imkan verməyin ki, sizinlə manipulyasiya etsin. Səhv ehtimalını minimuma endirin.
-
Ulu Öndər Heydər Əliyev xalqımızın milli yaddaşını özünə qaytardı
...
-
Müsəlman Şərqində ilk demokratik respublika
...
-
Azərbaycan Xalq Cümhuriyyəti milli ləyaqət və qürur tariximizdir
...
-
Səttar Möhbalıyev: “Əfv sərəncamı Prezident İlham Əliyevin humanist siyasətinin növbəti təzahürüdür”
...
-
Səttar Möhbalıyev: “Şanlı tariximizdə daha bir Qələbə səhifəsi açıldı”
...
-
Abşeron rayonunda “COP29: Gənclərin iqlim dəyişikliyi hərəkatına çağırışı” adlı simpozium keçirilib
...
-
"Pilot Residence” binasının sakinləri Mehriban xanım Əliyevaya şikayət məktubu yazdılar
...
-
Qobustan qəsəbəsində səyyar qəbul keçirildi - Fotolar
...
-
Biz qalib xalqıq, söz bizimdir
...
-
Regionda sülh və sabitlik dövlətimizin əsas məqsədidir
...