AİJF-nin “İdman mediasının fəxri” mükafatı ilə təltif olundular - FOTOLAR
Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) İdarə Heyəti Vətən müharibəsində iştirak etmiş idman jurnalistləri - Anar Miriyev (“İki sahil” qəzeti), Mehman Əşrəfov (Sportal.az) və Süleyman Vəliyevlə (CBC Sport) görüş keçirib. Tədbiri giriş sözü ilə açan AİJF-nin prezidenti, Əməkdar jurnalist Qabil Mehdiyev torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda Vətən müharibəsində iştirakın böyük şərəf olduğunu vurğulayaraq idman jurnalistlərinə təşəkkür edib. AİJF rəhbəri döyüşlərdə iştirak etmiş media nümayəndələrinə bundan sonrakı peşə fəaliyyətlərində uğurlar arzulayıb.
Müharibə iştirakçıları AİJF rəhbərliyinə təşəkkür edərək şəhid olmuş döyüş yoldaşlarını xatırlayıb, onları anıblar. Döyüş iştirakçısı olan jurnalistlər zəfər tarixinin bir parçası olmağıyla şərəf duyduqlarını qeyd ediblər. Həmçinin idman junalistləri döyüş xatirələrini də tədbir iştirakçıları ilə bölüşüblər.
Görüşdə Vətən müharibəsində iştirak etmiş idman jurnalistlərinə AİJF-nin “İdman mediasının fəxri” mükafatı və xatirə hədiyyəsi təqdim edilib. Həmçinin, onlara “İL AZERO”dan Azərbaycanın ilk milli idman geyimi brendi də təqdim edilib.
-
“Sumqayıt”ın futbolçularından maraqlı rəqs - Video
...
-
“Şamaxı” yenidən Premyer Liqada
...
-
Anar Quliyev federasiya prezidenti oldu - Fotolar
...
-
"Autsayder komandalara qarşı oynamaq çətin olur"
...
-
"Hakim meydandan məğlub ayrılmağımız üçün hər şey etdi"
...
-
Bu gün Avropa Liqasının qalibi bəlli olacaq
...
-
Minifutbol üzrə millimizin üzvləri təltif olundu
...
-
Minifutbol üzrə dünya çempionatı Bakıda
...
-
ARAF prezidenti Elçin Quliyev: “Əsas məqsədimiz “Çövkən”idman növünü inkişaf etdirməkdir”
...
-
Peşəkar Çövkən Liqasının açılış mərasimi keçirilib
...