Baş prokuror Vilyam Hacıyevin oğlunu yenidən vəzifəyə təyin etdi
Baş Prokurorluq İmişli Rayon İcra Hakimiyyətinin həbs edilən sabiq başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyevin yenidən vəzifəyə təyin edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Baş prokurorun əmri ilə sərəncamda olan Məhəmməd Hacıyev Qubadlı Rayon Prokurorluğunun müstəntiqi təyin olunub.
Qeyd edək ki, rayon prokurorluğunun müstəntiqi vəzifəsi prokurorluq orqanlarında qulluq keçmə haqqında qanuna görə ən sonuncu - 9-cu təsnifat hesab olunur.
Xatırladaq ki, ötən il mayın 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib və V.Hacıyev həbs edilib. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Prezident İlham Əliyev mayın 6-da V.Hacıyevin İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Daha sonra Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Məhəmməd Hacıyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru vəzifəsindən azad olunub.
Qeyd edək ki, ilk xəbəri unikal.org saytı yayıb.(report)
-
Prezidentlərin təkbətək görüşü oldu - Fotolar
...
-
İlham Əliyev Ankarada Heydər Əliyev Parkında - Fotolar
...
-
İlham Əliyev Anıtqəbiri ziyarət edib - Fotolar
...
-
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə rəsmi səfərə gedib
...
-
Prezident Münxen Təhlükəsizlik Konfransının sədri ilə görüşdü
...
-
İlham Əliyev Zelenski ilə görüşdü - Foto
...
-
İlham Əliyev Paşinyanla görüşdü
...
-
Siyasi luzerə cavab
...
-
Əli Əsədovun Baş nazir təyin edilməsinə belə razılıq verilib - Video
...
-
Hökumətin yeni tərkibi təsdiqləndi - Siyahı
...