Elman Rüstəmov Mərkəzi Banka tikiləcək binadan danışdı
Mərkəzi Bankın sədri Elman Rüstəmov son günlər ölkə ictimaiyyətində rəhbərlik etdiyi qurum üçün tikiləcək inzibati binanın qiymətiylə bağlı gedən müzakirələrə münasibət bildirib.
E. Rüstəmov Mərkəzi Bankın binasının öz vəsaitləri hesabına tikiləcəyini bildirib: “Mərkəzi Bank büdcədən heç bir vəsait almır. Son 3 ildə dövlət büdcəsinə 7,8 milyard manat vəsait köçürüb. Cari il də isə 250 milyon manat köçürməyi planlaşdırır. Binanın tikintisi 4-5 il çəkəcək.
Biz son dövrlər klassik Mərkəzi Bank idik. Ancaq indi maliyyə bazarlarına nəzarət edirik. Buna görə də iş həcmimiz və işçilərin sayı artdı. Faktiki olaraq hazırda 3 binada yerləşirik. Pul təsərrüfat binamız Nərimanov rayonunda dalanda yerləşir. Bura yer və təhlükəsizlik üçün müəyyən tələblərə cavab vermir. Mərkəzi Bank modern institutdur. Buna görə də bizim belə bir binaya ehtiyacımız yaranıb. Biz indi olduğumuz binaları dövlətə qaytaracağıq. Sərf etdiyimiz dəyərin yarısını dövlətə verəcəyik. Bu da dövlət üçün böyük aktivdir.
Bu, komandanı bir yerə yığmaq zərurətindən yaranıb. Hökumət daxilində də bu məsələylə bağlı konsensus var”.
Qeyd edək ki, Mərkəzi Bank yeni inzibati binanın tikintisi ilə bağlı Türkiyənin "Tekfen İnşaat" şirkəti ilə 218 milyon avro dəyərində (təxminən 435 milyon manat) müqavilə imzalayıb. "Tekfen Holdinq" verdiyi açıqlamada layihənin inzibati binanın mühəndislik, avadanlıq, təchizat işlərini əhatə edəcəyini bildirib.
-
Gələn görüş Şuşa “Zirvə”sində olacaq - Fotolar
...
-
Əliyevin Ərdoğanla təkbətək görüşü oldu - Fotolar
...
-
Prezident Türkiyəyə getdi
...
-
İlham Əliyev onu da COP29-a dəvət etdi
...
-
Anar Ələkbərov İstanbulda Əminə Ərdoğanla görüşdü
...
-
Prezident icra başçısını vəzifədən azad etdi
...
-
Prezident DTX-nin fəaliyyəti ilə bağlı Fərmanda dəyişiklik etdi
...
-
Prezidentin bugünkü tədbirdən - Fotoları
...
-
Prezident sərgilərin açılışında çıxış edib
...
-
Prezident qəbul keçirdi
...