Millimiz Böyük Dəbilqəyə 13 cüdoçu ilə yollanacaq
Martın 5-də Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək Böyük Dəbilqədə Azərbaycanı 10 kişi və 3 qadın cüdoçu təmsil edəcək.
Kişilərdən ibarət yığmanın böyük məşqçisi Elxan Məmmədovun verdiyi məlumata görə, nümayəndə heyəti yarışa martın 1-də yollanacaq.
Bu komandanın heyətində Oruc Vəlizadə, Kəramət Hüseynov (hər ikisi 60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi 66 kq), Rüstəm Orucov (73 kq), Hidayət Heydərov, Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Aslan Mirzəyev (100 kq) və Uşangi Kokauri (+100 kq) yer alacaq.
Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı isə "Report"a bildirib ki, Böyük Dəbilqədə kişilərlə yanaşı, Azərbaycanın 3 qadın idmançısı da çıxış edəcək. Bunlar 48 kq-da Aişə Qurbanlı ilə Leyla Əliyeva, 78 kq-dan yuxarı çəkidə İrina Kindzerskadır.
Millinin əsas üzvləri Davud Məmmədsoy (60 kq) və Gültac Məmmədəliyeva (52 kq) zədəli olduqları üçün turnirə aparılmayacaq. Zelim Kotsoyev və Elmar Qasımova (hər ikisi 100 kq) isə istirahət verilib.
Qeyd edək ki, martın 7-də yekunlaşacaq Böyük Dəbilqədən sonra kişilərdən ibarət yığma Özbəkistanda qalaraq, müxtəlif ölkələrin cüdoçuları ilə birlikdə təlim-məşq toplanışı keçəcək. Hazırlıq prosesi martın 18-dək davam edəcək.
Qadın cüdoçulardan ibarət milli isə Bakıya qayıdacaq. Burada komandaya Südabə Ağayeva, Günel Həsənli (hər ikisi 70 kq) və zədədən bərpa dövrü keçən Gültac Məmədəliyeva (52 kq) qoşulacaq. Martın 10-da yığma bir neçənin də qatılacağı birgə toplanış keçmək üçün Albaniyanın paytaxtı Tiranaya yollanacaq. Martın 20-dək davam edəcək hazırlıq prosesi qadın cüdoçuların dünya çempionatının qarışıq komanda yarışında daha inamlı çıxış etmələri üçün nəzərdə tutulub. Məqsəd isə Tokio olimpiadasında layiqincə təmsil olunmaqdır.
-
“Neftçi” baş məşqçisi ilə yollarını ayırdı
...
-
"Daha peşəkar liqada çıxış etmək istəyərik"
...
-
Dövlət qurumları arasında avarçəkmə yarışı keçiriləcək
...
-
Azərbaycan Premyer Liqasında sonuncu tura vacib oyunlarla start verilir
...
-
Azərbaycan və Çexiya arasında antidopinqlə bağlı əməkdaşlığın perspektivləri müzakirə olunub
...
-
Millimizin Qəbələdə bütün rəqibləri bəlli oldu
...
-
Naxçıvanda keçirilən kros qaçışına 700-dən çox insan qatılıb
...
-
Azərbaycan Basketbol Liqasında qalib bu gün müəyyənləşə bilər
...
-
Daha bir cüdoçumuz dünya çempionu oldu
...
-
“Sumqayıt”ın futbolçularından maraqlı rəqs - Video
...