Ərdoğan Azərbaycanla ticarət sahəsində əməkdaşlığı asanlaşdıran sazişi təsdiqlədi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”ni təsdiqləyib.
Dövlət başçısı bununla bağlı qərarı imzalayıb.
Sənədə əsasən, Azərbaycanla Türkiyə arasında Preferensial Ticarət Sazişi qüvvəyə minib.
Qeyd edək ki, 2020-ci ilin fevralın 25-də Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”ni Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyənin ticarət naziriRuhsar Pekcan imzalayıblar.
Prezident İlham Əliyev ötən ilin mayın 31-də bu sazişin təsdiqlənməsi ilə bağlı qanunu imzalayıb.
-
PA-da yeni təyinat - Sərəncam
...
-
Volodimir Zelenski Prezident İlham Əliyevə zəng edib
...
-
Mehriban Əliyeva Hidayəti belə təbrik etdi
...
-
“Faciədən əvvəl biz 2 saatdan çox birlikdə idik” - Prezident
...
-
Parlamentin növbədənkənar sessiyası çağırılacaq
...
-
Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib
...
-
Azərbaycan - İran sərhədində tarixi an - Fotolar
...
-
Mehriban Əliyevadan Zəngilan paylaşımı - Fotolar+Video
...
-
Prezidentlər Cıdır düzündə - Fotolar
...
-
Prezidentlər Şuşada - Fotolar
...