Kəmaləddin Heydərovdan ərəb turistlərlə bağlı - Açıqlama
“Mənim Azərbaycanda qanunsuz ovla məşğul olduğu deyilən ərəblərlə hər hansı tanışlığım yoxdur, onları tanımıram. Bu mənim haqqımda yazılan növbəti uydurma xəbərlərdən biridir. Yazırlar, qoy, yazsınlar. Bir söz demirəm”.
Bu sözləri açıqlamasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov Azərbaycanda qanunsuz ov edən ərəblərin onun qonaqları olması barədə iddialara münasibətində bildirib.
Nazir deyib ki, Azərbaycan dünyaya açıq dövlətdir və turistlərin gəlməsi də təbiidir:
“Azərbaycana gələn hər turist mənim qonağım olası deyil ki… Kimlərsə yazıb, bir söz demirəm”.
Qeyd edək ki, ərəb turistlərin Qax rayonunun Acınohur ərazisində dronun arxasına canlı göyərçin bağlayaraq şahinlərə yem etməsi ilə bağlı görüntülər yayılmışdı. Həmin görüntülərdə ərəb turistlərin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qonağı olduqları bildirilirdi.
-
Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı - Foto
...
-
Prezident Kobaxidze ilə təkbətək görüşdü - Fotolar
...
-
Cozef Bayden Prezident İlham Əliyevi təbrik edib
...
-
Prezident Binəli Yıldırımı qəbul edib - Foto
...
-
Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilanda xüsusi nümayəndəsi o oldu
...
-
Prezident BP-nin yeni baş icraçı direktorunu qəbul etdi
...
-
Prezidentlərin səfərinin pozitiv anları - Video
...
-
Əliyevlə Tokayev Şuşada - Fotolar
...
-
Tokayev Füzulinin Baş planı ilə tanış oldu - Fotolar
...
-
Tokayevin şərəfinə dövlət ziyafəti verildi
...