Futzal millimiz bu gün Slovakiya ilə qarşılaşacaq
Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv 3-cü qrupdakı beşinçi sınağında səfərdə Slovakiya yığması ilə qarşılaşacaq. Levitse İdman Sarayındakı görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Millinin heyətində Tyaqo Bolinya və Hadi Ahmadi zədə səbəbindən oynaya bilməyəcək. Yüngül zədəsi olan Amir Şocayi isə baş məşqçi şans verəcəyi təqdirdə, meydana çıxacaq.
Avropa çempionatının seçmə mərhələsi
IV tur
3-cü qrup
18:00. Slovakiya - Azərbaycan
Hakimlər: Kirill Naishouler, Arttu Kyynaeraeinen, Martin Matula
Levitsa İdman Sarayı
Qeyd edək ki, 4 turdan sonra 12 xalı olan Azərbaycan millisi tarixində 6-cı dəfə Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib. Slovakiya seçməsi isə 7 xalla 2-ci pillədə qərarlaşıb.
-
Bu gün 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Qəbələ mərhələsinə start verilir
...
-
“Real Madrid” 15-ci dəfə Çempionlar Liqasının qalibi oldu
...
-
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək
...
-
AMADA-nın nümayəndə heyəti T-DO ED-in iclasında - FOTO
...
-
Azərbaycan millisi Türkiyə ilə üz-üzə
...
-
Azərbaycanın güləş hakimi Paris Yay Olimpiya Oyunlarında
...
-
"Neftçi" qadınlar liqasının çempionudur
...
-
2-ci liqanın bombardiri AFFA və PFL-ə təşəkkür etdi: "Bu ənənəni qorumalıyıq"
...
-
Azərbaycan triatlonçusu Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
...
-
Gənc avarçəkənimiz Bratislavada medal qazandı
...