“Həmin ev kiçik bir bağ evidir, Anar Tağıyevə aid deyil”
Yevlax rayon icra başçısı Anar Tağıyevin ailəsi ona məxsus evdə asılmış meyitin tapılması haqda yayılan informasiyalara münasibət bildirib.
Ailədən verilən məlumata görə, həmin evin A. Tağıyevə heç bir aidiyyatı yoxdur: “Həmin ev Sovet dövründə tikilmiş kiçik bir bağ evidir. Ümumi sahəsi də 12 sotdur. Burada heç bir imarətdən söhbət gedə bilməz. Bu ev Anar Tağıyevə yox, onun atasına aiddir".
Bildirilib ki, intihar etmiş gözətçi Ruslan Səmədov uzun illərdir o evdə yaşayaraq qaravolçuluq edib: "Onun ailəsi ilə məişət zəminində problemləri olub və bu səbəbdən də intihar edib".
Ailə hesab edir ki, bunu A. Tağıyevin imarətində ölüm halı kimi təqdim etmək doğru deyil: "Mərhum Ruslan Səmədovun vəfatından istifadə edib məsələni siyasiləşdirmək düzgün yanaşma sayılmır”.
Qeyd edək ki, daha öncə yayılmış xəbərdə intiharın icra başçısının Mərdəkan qəsəbəsində, Köhnə Qoşa Qala restoranın arxasında yerləşən imarətində qeydə alındığı deyilirdi.
-
Qurban bayramının namazı bu saatlarda qılınacaq
...
-
Birinci Qarabağ Müharibəsi şəhidi Rövşən Əliyev Xırdalan Şəhidlər Xiyabanında dəfn edildi
...
-
Azərbaycan etibarlı tranzit ölkədir
...
-
Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir
...
-
İqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır
...
-
Azərbaycan beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi tanınır
...
-
Tarixi zəmin, zamanın tələbi
...
-
Bizim sözümüz imzamız qədər dəyərlidir
...
-
Salyanda “Erkən nikah və qohumlar arasında nikah hallarının qarşısının alınması” mövzusunda toplantı keçirilib
...
-
Sabaha 36° isti gözlənilir
...