“Bandotdel” beş silahlı şəxsi saxladı
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən silahlı şəxslər saxlanılıb.
DİN Mətbuat xidmətindən verilən məlumata görə, qanunsuz olaraq silah-sursat saxlayan, paytaxt sakini, əvvəllər məhkum olunmuş Söhrab Əhmədzadə Suraxanı rayonu ərazisində saxlanılıb. Onun üzərinə baxış zamanı 1 ədəd “Beretta” markalı tapança, 1 ədəd həmin silaha aid sandıqca və 4 ədəd patron aşkar olunub.
Qanunsuz olaraq üzərlərində və yaşadıqları evlərdə odlu silah-sursat saxlayan 4 nəfər saxlanılıb. Əməliyyat zamanı Rəşid Behbudov, Şöhrət Zeynalov, Həsən Qeybəliyev və əvvəllər Cinayət Məcəlləsinin 120.1 və 221.1 ci maddələri ilə məhkum olunmuş Fuad Məmmədov saxlanılıb. Bu şəxslərdən 2 ədəd “TT” markalı tapança, 3 ədəd sandıqça, 3 ədəd əl qumbarası, 1 ədəd “Sayqa” markalı avtomat silah, 1 ədəd avtomat darağı, 1 ədəd ov tüfəngi və çoxlu sayda müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb və saxlanılan şəxslər tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.
-
Azərbaycanda terror planlaşdırmaqda şübhəli bilinən şəxslər ifşa edildi - Video
...
-
Bakıda saxta dollar dövriyyəyə buraxmaq istəyən şəxs saxlanıldı - Fotolar+Video
...
-
O video Bakıda necə çəkilib? - DTX qadınları saxladı
...
-
İrandakı səfirliyimizə hücumun yayımlanmayan görüntüləri - Video
...
-
Rəşad Dağlı özünü təqsirli bilmir
...
-
Bakıda sürücü “Prius”u polislərin üzərinə sürdü - Video
...
-
“İskəndər dedi ki, Rəşad çaşsa, onu vuracaq”
...
-
“İPhone”a görə saxlanılan millimizin üzvləri ilə bağlı - Qərar
...
-
Rəşad Dağlı daha bir maddə ilə ittiham olunur
...
-
“Mən buranın lotusuyam” dedi, kafedə kütləvi dava düşdü - Video
...