“Qəbələ”dən yeni transfer
Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
“Qırmızı-qaralar” şimali makedoniyalı İsnik Alimi ilə güclənib. 27 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Orta sahə oyunçusunun son klubu İtaliya “Atalanta”sı olub. 2015-2021-ci illərdə Berqamo təmsilçisinə məxsus olan İsnik bu müddətdə icarə əsasında İtaliya klubları “Makerateze” (2015-16), “Forli” (2016-17), “Viçentsa” (2017-18), “Rimini” (2018-19), “İmoleze” (2019-20), həmçinin Xorvatiya “Şibenik”ində (2020-21) çıxış edib. O, karyerası ərzində Şimali Makedoniyanın “Ohrid” (2011), Xorvatiyanın “Noviqrad” (2012), İtaliyanın “Kyevo” (2014-15) və “Lumezzane” (2014-15, icarədə) klublarının da formasını geyinib. Alimi Şimali Makedoniyanın U-19 (2011-12), Albaniyanın U-21 (2014-16) milli komandalarının da şərəfini qoruyub.
-
AMADA-nın nümayəndə heyəti T-DO ED-in iclasında - FOTO
...
-
Azərbaycan millisi Türkiyə ilə üz-üzə
...
-
Azərbaycanın güləş hakimi Paris Yay Olimpiya Oyunlarında
...
-
"Neftçi" qadınlar liqasının çempionudur
...
-
2-ci liqanın bombardiri AFFA və PFL-ə təşəkkür etdi: "Bu ənənəni qorumalıyıq"
...
-
Azərbaycan triatlonçusu Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
...
-
Gənc avarçəkənimiz Bratislavada medal qazandı
...
-
Pirallahıda triatlon yarışı keçirilib - FOTO
...
-
“Neftçi” baş məşqçisi ilə yollarını ayırdı
...
-
"Daha peşəkar liqada çıxış etmək istəyərik"
...