“Öncə qardaşım Ceyhun mənimlə əlaqə saxladı...” - Çavuşoğlu
“Azərbaycan xalqı, Azərbaycandakı qardaşlarımızın Qarabağ Müharibəsi dönəmində qəhrəman Azərbaycan əsgərinə, ordusuna nələr etdiyini, necə yardımlar gətirdiyini şəxsən gördüm”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İctimai TV-yə açıqlamasında deyib.
“Azərbaycanlı qardaşlarımızla fəxr edirik. Bir millətik, iki dövlətik. Xarakterimiz də birdir.
Bu yanğın zamanında olduğu kimi, hər zaman yanımızda olan qardaş Azərbaycana, cənab Prezident İlham Əliyevə və nazirlərə, eləcə də, Azərbaycan xalqına çox təşəkkür edirəm, minnətdarlığımı ifadə etmək istəyirəm.
Öncə qardaşım Ceyhun mənimlə əlaqə saxladı. Bu gün də fövqəladə hallar naziri Kəmaləddin Heydərov mənə zəng etdi. Cənab Prezident İlham Əliyevin tapşırığı ilə əlaqə saxladığını söylədi və Türkiyəyə yardım göndərmək istədiyini dedi.
Onda kənd təsərrüfatı və meşə nazirimiz yanımda idi. Onlara təşəkkür etdik. Telefon danışığından sonra da Azərbaycandan yüzdən çox yanğın mütəxəssisi bu gün Dalamana gəldi. Qardaşlarımızın bizi düşünməsi bu çətin zamanda bizi xoşbəxt edir. Bir daha təşəkkür edirik”, - nazir bildirib.
-
Əliyevlə Tokayev Şuşada - Fotolar
...
-
Tokayev Füzulinin Baş planı ilə tanış oldu - Fotolar
...
-
Tokayevin şərəfinə dövlət ziyafəti verildi
...
-
Tokayev Heydər Əliyevin məzarını ziyarət etdi - Foto
...
-
Mehriban Əliyeva Ramazan ayı münasibətilə xalqı təbrik etdi
...
-
Qazaxıstan liderinin Azərbaycan KİV-lərinə müsahibəsinin - Tam mətni
...
-
Tokayev sabah Bakıya gələcək
...
-
Prezident 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım etdi
...
-
İlham Əliyev Azərbaycan qadınlarını təbrik edib
...
-
Prezident və xanımı çərşənbə tonqalı ətrafında - Video
...