Prezidentlə xanımı Bakı Avropa Liseyinin yeni binasının açılışında - Video + Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 21-də paytaxtdakı Ağ Şəhərdə Bakı Avropa Liseyi üçün inşa edilən 1560 şagird yerlik yeni binanın açılışında iştirak ediblər.
Təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Bakı Avropa Liseyinin yeni binasında yaradılan şərait barədə məlumat verib.
İnşasına ötən il başlanılan bu tədris müəssisəsində 70 sinif otağından başqa fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi hazırlıq kabinetləri, kino məktəb, rəsm, diplomatiya, kiçik elmlər akademiyası otaqları, art-studio, idman və akt zalları, yeməkxana müəllimlərin və şagirdlərin ixtiyarına veriləcək. Bir sözlə, burada yaradılan şərait istedadlı şagirdlərin intellektual və yaradıcı potensialının üzə çıxarılması və inkişafı, onların yüksək mənəvi və mədəni dəyərlərə əsaslanaraq formalaşdırılması üçün geniş imkanlar yaradır.
-
Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan müsabiqənin nəticələri açıqlanıb
...
-
12 müəllim Şuşa və Füzulidə işləyəcək
...
-
Yeni tədris ilində Şuşa, Laçın və Füzulidə dörd məktəb açılacaq - SİYAHI
...
-
“Azərbaycan Texnologiya Universiteti: uğurlar və hədəflər” - Fotolar
...
-
Müəllimlərin XVI qurultayı keçiriləcək
...
-
Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb
...
-
Dərslər bu tarixdə başlayacaq - Nazirlik açıqladı
...
-
Ali məktəblərə ixtisas seçimi bu tarixlərdə aparılacaq
...
-
II ixtisas qrupu üzrə qəbul imtahanının düzgün cavabları açıqlandı
...
-
DTX Akademiyasında buraxılış tədbiri keçirildi - Fotolar
...