AFFA İcraiyyə Komitəsinin qərarları açıqlandı
“Baku Marriott Hotel Boulevard” oteldə AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Aparılmış müzakirələrdən sonra 5 qərar qəbul olunub:
1. Tural Piriyev “Futbolun İnkişafı Fondu”nun (FİF) icraçı direktoru təyin olunsun.
2. Müvafiq yaş qrupundan ibarət Azərbaycan millisinin Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında iştirakı təsdiqlənsin. Komandanın baş məşqçisi vəzifəsi Samir Əliyevə həvalə olunsun (Turnirdə hansı yaş qrupundan ibarət komandanın iştirak edəcəyi barədə əlavə məlumat veriləcək).
3. Beynəlxalq təcrübə nəzərə alınaraq, həmçinin aşağı yaş qruplarından ibarət komandalarda uşaqların futboldan daha çox zövq ala bilməsinə şərait yaradılması, böyükhesablı məğlubiyyətlər zamanı uduzan komandanın üzvlərinin həvəsdən düşməməsi məqsədilə 2022/2023-cü il mövsümündən etibarən AFFA-nın təşkilatçılığı ilə keçirilən U-9 liqasının oyunlarında hesab və nəticə qeydiyyatı aparılmayacaq, U-10, U-11 və U-12 liqalarında isə hesablar deyil, qalib və məğlub formatında qeydiyyat aparılacaq.
4. Gənclər və İdman Nazirliyi ilə razılıq əldə olunduqdan sonra AFFA tərəfindən Gəncə şəhər stadionunun mərhələli şəkildə inşasına başlansın.
5. Bakı Kəndlər Futbol Federasiyasının AFFA üzvlüyünə qəbul edilməsi ilə bağlı müraciəti qəbul olunmasın.
İcraiyyə Komitəsinin iclasından sonra AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun və “Futbolun İnkişafı Fondu”nun icraçı direktoru Tural Piriyevin iştirakı ilə mətbuat konfransı keçirilib.
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...