Azərbaycanın cüdo millisinə yeni baş məşqçi təyin olunub
Azərbaycan Cüdo Federasiyası (ACF) milli komandanın idarəçiliyində struktur və vəzifə dəyişikliyi edir.
Yeni yaradılacaq performans direktoru və kişilərdən ibarət yığmanın baş məşqçisi postuna iki xarici mütəxəssis cəlb edilib.
Performans direktoru vəzifəsinə niderlandlı mütəxəssis Mark van de Ham, kişilərdən ibarət komandanın baş məşqçi vəzifəsinə almaniyalı Riçard Trautman dəvət alıb. Hər iki mütəxəssis martın 1-də vəzifələrinin icrasına başlayacaq.
Qeyd edək ki, Mark van der Ham məşqçilik fəaliyyətinə 2006-cı ildə Rotterdam klubunda başlayıb. 44 yaşlı mütəxəssis 2012 - 2016-cı illərdə ölkəsinin yığma komandasında məşqçi və baş məşqçi kimi çalışıb. Mark van der Ham 2017-ci ildə Belçikanın gənclərdən ibarət komandasının baş məşqçisi kimi fəaliyyətə başlayıb, 2018-ci ildə böyüklərdən ibarət millinin, 2020-ci ildə isə bütün yığmaların baş məşqçisi təyin edilib.
Riçard Trautman 1992 və 1996-cı illərdəki Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.
-
Azərbaycan Basketbol Liqasında qalib bu gün müəyyənləşə bilər
...
-
Daha bir cüdoçumuz dünya çempionu oldu
...
-
“Sumqayıt”ın futbolçularından maraqlı rəqs - Video
...
-
“Şamaxı” yenidən Premyer Liqada
...
-
Anar Quliyev federasiya prezidenti oldu - Fotolar
...
-
"Autsayder komandalara qarşı oynamaq çətin olur"
...
-
"Hakim meydandan məğlub ayrılmağımız üçün hər şey etdi"
...
-
Bu gün Avropa Liqasının qalibi bəlli olacaq
...
-
Minifutbol üzrə millimizin üzvləri təltif olundu
...
-
Minifutbol üzrə dünya çempionatı Bakıda
...