Yevlaxda Novruz bayramı münasibətilə bayram konserti keçirildi - Video
Yevlax İcra Hakimiyyətinin təşkilatçılığı ilə xalqımızın ən əziz bayramı olan Novruz bayramı münasibətilə təntənəli bayram şənliyi keçirilib.
Dədə Qorqud, eləcə də yazın gəlişini simvolizə edən Bahar qızı bayram münasibətilə rayon sakinlərini təbrik edərək yeni ildə ölkəmizə bol ruzi-bərəkət və əminamanlıq arzulayıblar. Novruz bayramının əsas personajları olan Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatıblar.
Populyar müğənni Aysel Əlizadənin və tanınmış estrada caz qrupunun, digər incəsənət ustalarının, rəqs kollektivlərinin ifasında milli-mədəni dəyərlərimizin rəmzi sayılan mahnılardan, rəqslərdən ibarət rəngarəng konsert proqramı bayram şənliyinin iştirakçılarında xoş ovqat yaradıb.
Respublikamızın hər yerində olduğu kimi yevlaxlılar da Novruz bayramını qalib ölkənin qalib vətəndaşı kimi böyük sevinc və fərəhlə qeyd ediblər.
-
İyunda 39 dərəcə isti olacaq - Aylıq proqnoz
...
-
İyunda neçə gün evdəyik?
...
-
Mayın son günü 34° isti olacaq
...
-
“Azərişıq” cənub rayonlarında yenidənqurma işlərini davam etdirir - Video
...
-
Səttar Möhbalıyev: ”Xocalıları Müstəqillik Günü öz evlərində görmək xalqımıza ən böyük bayram hədiyyəsi oldu”
...
-
Sabah 35° isti olacaq
...
-
Azərbaycanda Müstəqillik Günüdür
...
-
“Batya Vasmoyski” ilə bağlı “Çinar Trans” MMC-dən AÇIQLAMA
...
-
Leyla Əliyeva Berlin zooparkında - Fotolar
...
-
Müstqil dövlətimiz qürur mənbəyimizdir
...