Mahir oynadı, komandası qalib gəldi
Millimizin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su bu gün Xorvatiya çempionatında 32-ci tur oyununu keçirib.
Komanda səfərdə "Qoritsa" ilə qarşılaşıb. Zaqreb təmsilçisi matçda 1:0 hesabı ilə qalib gəlib.
Həmçinin bu, baş məşqçisi Ante Çaçiçin kluba ikinci təyinatından sonra ilk qarşılaşmasıdır.
Mahir Emreli oyunda start heyətdə meydana çıxıb. O, 76-cı dəqiqədə Marko Toliçlə əvəzlənib.
Qeyd edək ki, 31 oyundan 69 xalı olan Zaqreb təmsilçisi hazırda turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. "Osiyek" 64 xalla 2-ci, "Hayduk" (Split) 63 xalla 3-cüdür. "Qoritsa" isə 40 xalla 6-cı pillədə qərarlaşıb.
Xatırladaq ki, fevral ayından bu komandada oynayan Mahir Xorvatiya çempionatında 8 matçda 2 qol vurub.
24 aprel
21:05. "Qoritsa" - "Dinamo" (Zaqreb) - 0:1
Qol: Ariyan Ademi, 85
Baş hakim: Zdenko Lovriç
-
Çempion şahmatçılar “Sirab”ı seçdi - FOTO
...
-
Dünya Qadın Seriyası: Azərbaycan 1/4 finalda
...
-
"Qarabağ" Azərbaycan Kubokunun qalibi olub
...
-
Bu gün 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Qəbələ mərhələsinə start verilir
...
-
“Real Madrid” 15-ci dəfə Çempionlar Liqasının qalibi oldu
...
-
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək
...
-
AMADA-nın nümayəndə heyəti T-DO ED-in iclasında - FOTO
...
-
Azərbaycan millisi Türkiyə ilə üz-üzə
...
-
Azərbaycanın güləş hakimi Paris Yay Olimpiya Oyunlarında
...
-
"Neftçi" qadınlar liqasının çempionudur
...